Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Cavid Qurbanov: "Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilir"

Tarix: 17-10-2019 22:43     Baxış: 4123 A- / A+
Cavid Qurbanov: "Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilir"

Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası çərçivəsində Azərbaycanla Özbəkistan dəmir yolları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

"Azərbaycan Dəmir Yolları"ndan verilən məlumata görə, müzakirələr "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla "Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Xusnutdin Xasilov arasında aparılıb.

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, son illərdə nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində ölkəmiz iri tranzit və logistik mərkəzə çevrilir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir.

Sonra ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

"Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Xusnutdin Xasilov Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Özbəkistan bu marşrutdan fəal istifadə etməkdə və xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır.

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar