Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev keçmiş nazirləri tənqid etdi: “O biabırçı vəziyyət ...”

Tarix: 17-10-2019 08:16     Baxış: 3252 A- / A+
İlham Əliyev keçmiş nazirləri tənqid etdi: “O biabırçı vəziyyət ...”

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.

Manevr.az xəbər verir ki, dövlət başçısı çıxışında aparılan islahatlardan söz açıb.

Prezident əvvəllər Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində biabırçı vəziyyətin olduğunu, islahatlardan sonra problemlərin aradan qaldırıldığını qeyd edib:

"Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin.

Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır".

Qeyd edək ki, aparılan islahatlardan sonra Fazil Məmmədovun yerinə Mikayıl Cabbarov Vergilər naziri, Səlim Müslovun yerinə isə Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar