Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Fazil Məmmədovun kürəkənindən yeni xəbər – Londonda biznes imperiyası qurulur

Tarix: 13-10-2019 13:27     Baxış: 3159 A- / A+
Fazil Məmmədovun kürəkənindən yeni xəbər – Londonda biznes imperiyası qurulur

Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev (vergilər nazirinin keçmiş müavini Namiq Əliyevin oğlu) İngiltərədə daha 2 şirkət açıb.

Manevr.az xəbər verir ki, jurnalist Cavanşir Həsənlinin yaydığı məlumata görə, Əbdül Əliyev bu ilin iyunun 27-də Londonda NOAP PROPERTIES LIMITED şirkətini (qeydiyyat nömrəsi 12072403) qeydiyyatdan keçirib.

Şirkətin qeydiyyat ünvanı 12 Second Floor, Ogle Street, London, England olaraq göstərilib. Şirkət daşınmaz əmlak biznesi ilə məşğul olacaq.

Ötən ayın 16-da isə onun daha bir şirkəti Londonda qeydiyyata alınıb. AMPCO 147 LIMITED-in hüquqi ünvanı isə (qeydiyyat nömrəsi12208094) 7 The Ropewalk, Nottingham kimi göstərilib.

Bununla Əbdül Əliyevin İngiltərədə təkcə bu il qeydiyyatdan keçirdiyi şirkətlərin sayı 3-ə, ümumilikdə Londonda fəaliyyətdə olan şirkətlərinin sayı 8-ə (qapadılan şirkətlər daxil deyil) çatıb.

Bundən əvvəl isə o, bu ilin aprelində Britaniya paytaxtında biznes mərkəzlərinin tikintisi və idarəçiliyi sahəsində fəaliyyət göstərən OKAA PROPERTY LIMITED şirkətini qeydiyyatdan keçirmişdi. Belə görünür ki, sabiq nazir biznesinin ağırlıq mərkəzini İngiltərəyə köçürməkdə qərarlıdır.

Əbdül Əliyevin Britaniya və Almaniyada indiyədək çoxlu sayda şirkətləri olub.yenisabah.az


Manevr.az

Fazil Məmmədovun kürəkənindən yeni xəbər – Londonda biznes imperiyası qurulur
Fazil Məmmədovun kürəkənindən yeni xəbər – Londonda biznes imperiyası qurulur
Fazil Məmmədovun kürəkənindən yeni xəbər – Londonda biznes imperiyası qurulur

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar