Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

"2020-ci ildə də qlobal iqtisadi artım tempi azalacaq" - Vüqar Bayramov

Tarix: 03-10-2019 12:21     Baxış: 3204 A- / A+
"2020-ci ildə də qlobal iqtisadi artım tempi azalacaq" - Vüqar Bayramov

“Oktyabrın 18-dən etibarən ABŞ Avropadan idxal etdiyi şərab, viski, pendir və bir sıra başqa məhsullara yeni idxal vergisi tətbiq edəcək. Dünən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edən Tramp Administrasiyası Fransa, Almaniya, İspaniya və Böyük Britaniyadan idxal edilən şərnişin təyyarələrinə 10 faiz, İrlandiya və Şotlandiya viskiləri və digər Avropa məhsullarına 25 faiz rüsüm tətbiq etmək niyyətindədir”.

Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov Feysbuk sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bu addım qlobal ticarət savaşının yeni mərhələyə qədəm qoyması anlamına gəlir:

“Bu kontekstdən, 2020-ci ildə də qlobal iqtisadi artım tempinin azalması və strateji bazarlarda volatilliyin yüksək olması gözləniləndir. Deməli, ticarət savaşları yeni qlobal iqtisadi böhran üçün ciddi əsaslar yaratmaqdadır.Yeni qlobal ticarət savaşı artıq birjalara təsir göstərməkdədir. Brent markalı neftin bir barelinin qiyməti 58 dollardan aşağı düşüb. Neftin qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan çox vacibdir. Ölkəmizin ixracatında xam neftin payı 81 faiz, enerji məhsullarının ümumi payı isə 90 faizə yaxındır. 2019-cu il dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar nəzərdə tutulub. Hələlik orta qiymət 60 dollardan yüksək olsa da növbəti 3 aydakı tendensiya heç də nikbin notlar formalaşdırmır”. Azərbaycan üçün fiskal qırmızı xətt 60, monetar qırmız xətt isə 50 dollardır”.

V. Bayramov bildirib ki, bu baxımdan, neftin qiymətindəki azalmalar monetar baxımdan da arzuolunan deyil:

“Neftin qiymətində azalmalarda davam edirsə, bu dünya bazarında dolların möhkəmlənməsinə səbəb olacaq. Bu halda ölkəmizdə də dollara tələbin artacağı istisna edilmir. Hər halda, qlobal ticarət savaşı nəinki inkişaf etmiş, heç inkişaf etməkdə olan ölkələr üçün də yaxşı nə isə vəd etmir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar