Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaq pulu nəyə görə verilməlidir? (ŞƏRH)

Tarix: 22-09-2019 14:48     Baxış: 3146 A- / A+
Uşaq pulu nəyə görə verilməlidir? (ŞƏRH)

Azərbaycanda uşaq pulunun bərpası ilə bağlı müzakirələr davam edir.

Manevr.az xəbər verir ki, tanınmış iqtisadçı alim Qubad İbadoğlu da bu barədə öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycanda uşaqların sağlam böyüməsi dövlətin qarşısında duran əsas vəzifələrdən biri olmalıdır:
Uşaq pulu nəyə görə verilməlidir? (ŞƏRH)

"Nəzərə alsaq ki, ölkəmiz həm də müharibə şəraitindədir, bədxah qonşumuz Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib, gənclərimiz ərazi bütövlüyümüzü qorumaq üçün məcburi hərbi xidmətə gedirlər, bu baxımdan hesab edirəm ki, Azərbaycanda uşaqların sağlam böyüməsi dövlətin qarşısında duran əsas vəzifələrdən biri olmalıdır.

Təəssüflə qeyd edirəm ki, son tədqiqatlar Azərbaycanda uşaqların həm çəkisində, həm də ki boy artımında norma ilə müqayisədə azalma var. Bunu hərbi komissarlıqda və çağırış məntəqələrində tibbi müayinədən keçən uşaqlarla əlaqəli aparılmış müşahidələr də təsdiq edir. Bu baxımdan hesab edirəm ki, dövlət uşaqlara sahib çıxmalı, onların istehlak, təhsil, sağlamlıq ehtiyaclarını minumum səviyyədə olsa da, uşaq pulu ödənilməsi vasitəsilə qarşılamaldır.

Çünki, sabah hərbi xidmətə gedəcək gənc uşaqlıq dövründə dövlətin qayğısına möhtacdır. Ona görə də Azərbaycanda uşaqların normal qidalanması, eyni zamanda sağlamlığının təmin olunması, yaxşı təhsil alması üçün uşaq pulunun verilməsi zəruridir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar