Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

1 və 3 qəpikliklərin taleyi necə olacaq? - İqtisadçıdan təklif

Tarix: 19-09-2019 19:48     Baxış: 3133 A- / A+
1 və 3 qəpikliklərin taleyi necə olacaq? - İqtisadçıdan təklif

"Rəsmi ödəniş yerlərində, o cümlədən də nəqliyyatda heç kim 1,3, 5 qəpiklikləri götürməkdən imtina edə bilməz. Bu, qanunvericiliyin pozulmasıdır. Çünki bu dövlətin rəsmi ödəniş vasitəsidir".

Manevr.az bildirir ki, bu sözləri qaynarinfo-ya iqtisadçı Natiq Cəfərli nəqliyyat vasitələri və mağazalarda sürücüylə satıcıların 1,3,5 qəpiklikləri götürməməsinə münasibət bildirərkən söyləyib.

"Bu qəpiklər rəsmi şəkildə ödəniş vasitəsidirsə, niyə pul kimi qəbul olunmur, yox əgər istifadə olunmursa, bu qəpiklərin dövriyyədə olmasının mənası nədir”, - sualını cavablandıran iqtisadçı qeyd edib ki, əslində, bu vəziyyət çox ciddi problemlərdən biridir:

"Problem ondan ibarətdir ki, 1 və 3 qəpikliklərin hazırlanmasının maya dəyəri onun nominal dəyərindən çoxdur. Yəni 1-3 qəpiyi hazırlamaq üçün 1,3 qəpikdən daha çox vəsait xərclənir. Bunu nəzərə alaraq, Nazirlər Kabineti və yaxud da hökümət səviyyəsində qərar verib, 1 və 3 qəpiklikləri ümumiyyətlə dövriyyədən yığışdırılmasında və istehsalının dayandırılmasında yarar var. Belə bir qərarın çıxarılması daha məntiqli olardı. 5 qəpikdən başlayaraq xırda pulların dövriyyədə qalması daha məntiqlidir. Belə olan halda satıcılar və alıcılar arasında, xidmət göstərənlərlə xidmət olunanlar arasında bu tipli münaqişələr yaranmayacaq. Və ən əsası, dövlətin büdcəsinə də xeyir olar. Çünki dediyim kimi, onların istehsal xərcləri nominal dəyərindən xeyli çoxdur".

Qeyd edək ki, bir sıra market və dükanlarda, xüsusilə nəğd ödənişli marşutlarda sürücülər bu qəpiklərlə ödəməni qəbul etmirlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar