Xəbər lenti
Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 840,2 mln. manat təşkil edib.
Manevr.az xəbər verir ki, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-iyulayları ilə müqayisədə 1,4% artıb.
Hesabat dövründə ölkədə 714,1 min ton avtomobil benzini istehsal edilib ki, bu da əvvəlki ilin yeddi ayından 2,3% çoxdur. Bu il avqustun 1-nə 46 min ton hazır məhsul ehtiyatı qalıb.
Yanvar-iyul ayları ərzində 170,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 350,8 min ton ağ neft, 1 249,4 min ton dizel yanacağı, 63,3 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 26,8%, ağ neft istehsalında 0,5%, dizel yanacağı istehsalında 6,9%, yanacaq mazutu istehsalında 72% artım qeydə alınıb.
Hesabat dövründə ölkədə 12,4 min ton sürtkü yağları, 132,4 min ton neft bitumu, 144,4 min ton neft koksu istehsal edilib ki, sürtkü yağlarının istehsalı 79,8%, neft bitumunun istehsalı 19,4%, neft koksunun istehsalı 4,8% azalıb.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























