Xəbər lenti
Dollar yenidən kəskin bahalaşa bilərmi? - Ekspertdən açıqlama

Yaz aylarında adətən danşınmaz əmlak bazarında aktivlik artır və qiymətlərdə bahalaşma müşahidə olunur.
Ancaq yay aylarında qiymətlər stabilləşir, çünki insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür. Sentyabrdan yenidən aktivlik artığına görə qiymətlər də bahalaşmağa başlayır.
Bəs sentyabrda iqtisadi aktivlik dolların bahalaşmasına təsir göstərə bilərmi?

Manevr.az xəbər verir ki, cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov belə bir proqnozun gözlənilmədiyini deyib:
“Mövsümü göstəricilərlə bağlı olan amillərin dolların məzənnəsinin dəyişməsinə heç bir təsiri yoxdur. Bu gün dolların məzənnəsinə əsaslı şəkildə təsir edə biləcək amil neftin qiymətinin düşməsidir. Əgər neft 40 dollar səviyyəsinə enərsə, manat güclü təziq altında qalacaq. Bu zaman vəziyyətdən asılı olaraq hökümət hansı yanaşma ilə yanaşırsa, o formada davam edəcək.
Belə ki, hökümət ya devalvasiya getməlidir, ya üzən məzənnə rejiminə keçid etməlidir, ya da dolları sabit saxlamalıdır. Hazırda isə manat ucuzlaşıb, dolların bahalaşmasına təsir edən amil yoxdur. Mövsümü olaraq iqtisadi canlanmanın dollara heç bir təsiri olmayacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar