Xəbər lenti
Azərbaycanlı oliqarx ABŞ hökumətini məhkəməyə verməyə hazırlaşır - SƏBƏB

Rusiya vətəndaşı olan azərbaycanlı milyarder Fərhad Əliyev ABŞ hökumətini məhkəməyə verməyə hazırlaşır.
Manevr.az bildirir ki, buna səbəb Fərhad Əhmədovun adının ötən il ABŞ-ın yayımladığı "Kreml hesabatı"na salınması olub.
Məlumat üçün bildirək ki, ABŞ Maliyyə Nazirliyi tərəfindən hazırlanan və Rusiya rəsmiləri və oliqarxlara qarşı sanksiyaları nəzərdə tutan "Kreml hesabatı"nda Fərhad Əhmədovla birgə onlarla şirkət rəhbəri və oliqarxın, o cümlədən Araz Ağalarov, Qod Nisanov, Vahid Ələkbərov və Zarax İliyev kimi azərbaycanlı milyarderlərin də adı düşüb.
Fərhad Əhmədov bildirib ki, adının "Kreml hesabatı"na salınması onun işgüzar nüfuzuna zərər vurub.
Qeyd edək ki, Fərhad Əhmədov 1955-ci ildə Göyçayda anadan olub. 15 yaşında Moskvaya gedərək qaynaqçı-çilingər ixtisası üzrə texniki peşə məktəbini bitirib. 1987-ci ildə "Tansley Trading" şirkəti yaradaraq neft-qaz sahəsində işə başlayıb. 1993-cü ildə "Transley Tradinq"in adı dəyişdirilərək "Farko Qrup" olur. "Farko Qrup" Rusiyanın Şimal-Urenqoy yataqlarında layihə üzrə aparılacaq hasilat işlərinə operator qismində dəvət alır. Elə həmin ildən etibarən F.Əhmədov bu yataqda hasilat işləri aparan "Nortqaz" şirkətinin Direktorlar şurasının üzvü olur. 1999-2004-cü illər arasında isə şirkətin prezidenti qismində layihəyə bilavasitə rəhbərlik etməyə başlayır.yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar