Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Gecə yarısı gələn zəng neftin taleyini həll etdi

Tarix: 04-12-2016 09:25     Baxış: 4269 A- / A+
Gecə yarısı gələn zəng neftin taleyini həll etdi

Dünyanın dörd bir yanında təşkil olunan saysız toplantı, görüşmə və açıqlamalardan sonra neftin qiymətlərini xilas edən anlaşma gecə 02:00-dəbir telefon söhbətiylə baş tutdu.

OPEC-in noyabrın 30-da təşkil edilən toplantısından əvvəl anlaşmanın olacağından heç kim əmin deyildi. Ümid verən açıqlamalar gəlsə də neft ölkələri hasilatın nə qədərazaldılması məsələsində bir nöqtəyə gələ bilmirdi. Hətta Rusiya və Braziliya kimi OPEC-ə daxil olmayan hasilatçılar belə bir araya gələ bilmirdilər.

Ancaq noyabrın 29-dan 30-na keçən gecə Səudiyyə Ərəbisatnının Enerji naziri Xalid Al-Falih və Rusiyanın enerji naziri Aleksandr Novak arasında olan bir telefon söhbəti anlaşmaya zəmanət yaratdı.

Anlaşmanın önündəki ən böyük əngəllərdən biri Rusiyanın hasilatı azaltmaq istəməməsi və sadəcə dondurmağa üstünlük verməsiydi. "Bloomberg"in yaydığı məlumata görə, Novak telefon söhbətində Rusiyanın hasilatı azaldacağına söz verərək anlaşma üçün möhkəm zəmin yaradıb. Bunun qarşılığında Al-Falih də digər OPEC ölkələrini anlaşmaya razı salıb.

OPEC 2008-dən bəri ilk dəfə günlük hasilatı 1,2 milyon barel azaltmaq barədə qərarını açıqladı. Rusiya və OPEC-ə daxil olmayan digər ölkələr də hasilatı günlük 600 min barel azaldacağını bəyan etdilər.

Anlaşmanın nə qədər uzunömürlü olacağına dair fikirlər səslənsə də, iki nazirin fədakarlığının nəticəsinin qısa bir müddəti əhatə edəcəyi ehtimal olunur. Görünən budur ki, bu açıqlamadan sonra neftin qiyməti 15 faiz artaraq 50 doları keçdi. (fins.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar