Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
15-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda orta aylıq əmək haqqı 600 manata - YAXINLAŞIB

Tarix: 14-06-2019 21:38     Baxış: 3195 A- / A+
Azərbaycanda orta aylıq əmək haqqı 600 manata - YAXINLAŞIB


Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 583,3 min nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur.

Manevrr.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 895,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 687,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,2%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,3%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 12,3%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2019-cu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9% artaraq 581,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Manevrr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar