Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Parisdə 13-cü "Dad Planeti" tədbirinə ev sahibliyi etdi - ŞƏKİL

Tarix: 23-05-2019 08:24     Baxış: 3249 A- / A+
Azərbaycan Parisdə 13-cü "Dad Planeti" tədbirinə ev sahibliyi etdi - ŞƏKİL

Azərbaycan Fransanın paytaxtı Paris şəhərində Təsərrüfat Məsləhətçiləri Assosiasiyası, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkətinin təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə 13-cü "Dad Planeti"nə ev sahibliyi edib.

Manevr.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan səfirliyinin Parisdəki Mədəniyyət Mərkəzində keçirilən "Dad Planeti" tədbirində Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin əməkdaşı Beatris Fresenon, Təsərrüfat Məsləhətçiləri Assosiasiyasının prezidenti Dieter Beisteiner və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəhman Mustafayev kənd təsərrüfatı və milli qastranomiyanın hər bir xalqın mədəniyyətini təcəssüm etdirdiyini xüsusi vurğulayıb. O bildirib ki, kənd təsərrüfatı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi strategiyasında ən başlıca yer tutan sektorlardandır.

Kənd Təsərrüfatı naziri İnam Kərimov kulinariyanın milli irsimizin və milli bütövlüyümüzün ayrılmaz hissəsi, sülh və həmrəylik mesajı ötürməyin ən səmərəli vasitələrindən biri olduğunu vurğulayıb. Nazir Azərbaycan kulinariyasının keyfiyyətinə görə ən varlı ölkələrdən biri, qastranomiya müxtəlifliyi axtaranların üz tutduqları əsas istiqamətlərdən olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

"Dad Planeti"nin bu 13-cü ili Azərbaycanın təşəbbüsü ilə ölkələrin təsərrüfat ənənələrinin şaxələndirilməsi mövzusuna həsr edilib. Artıq 13-cü ildir təşkil edilən "Dad Planeti" kulinariya məhsullarını təbliğ etməklə ölkələr arasında qeyri-formal mübadilə platforması yaradır. "Dad Planeti"nin 13-cü ili 15 ölkənin kulinariya və yerli məhsulları təqdim edilib. Tədbirdə ölkəmizlə yanaşı Avstriya, Almaniya, Finlandiya, Bolqarıstan, Hollandiya, Malta, İsveçrə, İrlandiya, Estoniya, Litva, Sloveniya, Macarıstan, Kanada, ABŞ iştirak ediblər.

Manevr.az
Azərbaycan Parisdə 13-cü "Dad Planeti" tədbirinə ev sahibliyi etdi - ŞƏKİL

Azərbaycan Parisdə 13-cü "Dad Planeti" tədbirinə ev sahibliyi etdi - ŞƏKİL

Azərbaycan Parisdə 13-cü "Dad Planeti" tədbirinə ev sahibliyi etdi - ŞƏKİL

Azərbaycan Parisdə 13-cü "Dad Planeti" tədbirinə ev sahibliyi etdi - ŞƏKİL

Azərbaycan Parisdə 13-cü "Dad Planeti" tədbirinə ev sahibliyi etdi - ŞƏKİL


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar