Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Kreditinə güzəşt olunanlar bundan sonra nə etsinlər?

Tarix: 28-03-2019 13:23     Baxış: 6204 A- / A+
Kreditinə güzəşt olunanlar bundan sonra nə etsinlər?


Vətəndaşlar məlumat aldıqdan sonrakı kommunikasiya elə qurulacaq ki, onlar birbaşa müştərisi olan banklara müraciət etsinlər.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allaheverdiyev bu gün problemli kreditlərin həlli ilə bağlı yaradılmış portalın təqdimat mərasimində deyib. O qeyd edib ki, hər bir vətəndaşa xidmətdən şəffaf dərəcədə faydalanmaq imkanı veriləcək. Tədbirdə çıxış edən Palatanın Nəzarətin metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov isə qeyd edib ki, hazırda bəzi vətəndaşlarımıza xüsusi bir mesaj gələcək:

"Həmin mesajda qeyd olunacaq ki, restrukturizasiya olunmalı əsas kredit borclarınıza dair məlumatlar hazırda dəqiqləşdirilmə mərhələsindədir. Bu da məhdud sayda vətəndaşlarımıza çatacaq. Çünki keçmişdə olan borcların eyniləşdirilməsi ilə bağlı dəqiqləşdirmə işləri gedir".

Qeyd edək ki, vətəndaşlar palatanın saytına daxil olub "Problemli kredit məlumatlarının sorğulanması" bölməsində Şəxsiyyəti təsdiq edən sənəd, ad soyad və telefon nömrəsini yazıb məlumat əldə edə bilərlər.

Xatırladaq ki, problemli kreditlərin həllində dövlət güzəşti ümumilikdə 850-900 min insanın kredit probleminin həllinə yönələcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar