Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu bazarlarda bahalaşma gözlənilir – Açıqlama

Tarix: 20-03-2019 12:10     Baxış: 2251 A- / A+
Bu bazarlarda bahalaşma gözlənilir


2019-cu ilin fevralında avtomobil bazarı üzrə təklif partfelində avtomobillərin sayı 1738 ədəd olub, orta qiymət isə 48 120 manat təşkil edib.

Bu sözləri “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

“Avtomobil bazarında fevral ayı ərzində qiymət artımı 8,75 faiz olub. Kiçik həcmli, yəni 2 litrə qədər olan avtomobillərin qiymətində 2,15 azalma olub. Mühərrik həcmi 2-3 litr arasında dəyişən avtomobillərin qiymətində 10 faiz, 3 litrdən böyük olan avtomobillərdə isə 7.8 faiz bahalaşma qeydə alınıb”, - ekspert bildirib.

N.İbrahimov daşınmaz əmlak bazarındakı ümumi vəziyyəti də dəyərləndirib:

“Təkrar mənzil bazarında fevral ay ərzində 1,72 faiz azalma, il ərzində isə 2,59 faiz artım olub. İlkin mənzil bazarında 1,16 faiz azalma, il ərzində 7,72 faiz artım olub. Torpaq bazarında ay ərzində 0,3 faiz, il ərzində 1,5 faiz artım qeydə alınıb. Mənzillərin kirayəsi bazarında ay ərzində 1,75 faiz, il ərzində isə 9,77 faiz bahalaşma baş verib”.

Ekspert obyektlərin satışı bazarında fevralda 0,67 artım, il ərzində isə 2,13 faiz azalma müşahidə edildiyini deyib:

“Obyektlərin icarəsi bazarında ay ərzində 3,43, il ərzində isə 12,09 bahalaşma baş verib. Həyət və bağ evlərində isə ay ərzində 4,41 faiz artım, il ərzində 5,22 faiz azalma qeydə alınıb. Tikinti materialları bazarında ay ərzində 0,17 ucuzlaşma, il ərzində isə 1,45 faiz bahalaşma olub”.

Ekspert il ərzində yaşayış və torpaq bazarında 5-6 faiz civarında bahalaşma gözlənildiyini bildirib:

“Artım əsasən yaz aylarında və ilin sonunda, yəni sentyabr, oktyabr, noyabr aylarında olacaq”. /axar.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar