Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şirkətlərin bankdakı pulu artır, əhalininki azalır - TƏHLİL

Tarix: 11-03-2019 18:07     Baxış: 3246 A- / A+
Şirkətlərin bankdakı pulu artır, əhalininki azalır - TƏHLİL

2019-cu ilin yanvar ayında hüquqi şəxslərin banklardakı pulları ilin sonu ilə müqayisədə, 255,2 milyon manat artaraq, 10 milyard 566,7 milyon manata çatıb. 2018-ci ilin dekabrında bu göstərici 10 milyard 311,5 milyon manat olmuşdu. Əhalinin bankdakı əmanətləri isə əksinə, 289 milyon manat azalıb.

Manevr.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına əsasən, bu müddətdə fiziki şəxslərin depozitlərində azalma olub.

2018-ci ilin sonunda həmin vəsaitlər 8 milyard 269,7 milyon manat olduğu halda, bu ilin yanvarın sonunda 7 milyard 980,7 milyon manata enib.

Azalma depozitlərin ümumi həcmində də müşahidə edilib. 2018-ci ilin sonuna banklarda olan cəmi depozitlər 18 milyard 581,2 milyon manat, bu ilin yanvar ayının sonuna isə 18 milyard 547,4 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat ilində əhalinin xarici valyutada əmanətləri 3,5% artaraq, bütün əmanətlərin 62,51%-ni əhatə edir.

2019-cu ilin yanvar ayında əhalinin milli valyutada əmanətlərinin həcmi 3,6% azalıb və bütün əmanətlərin 37,49%-ni tutur.

31 yanvar 2019-cu il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 mlrd. 290,7 mln. manat, qeyri-rezidentlərin 785,2 mln. manat təşkil edir. Yanvar ayında rezidentlərin əmanətlərinin həcmi 4,2% azalıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2,9% artıb.oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar