Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Un, ət, araq bahalaşıb - STATİSTİKA

Tarix: 11-03-2019 17:39     Baxış: 3243 A- / A+
Un, ət, araq bahalaşıb - STATİSTİKA


2019-cu ilin yanvar-fevral aylarında ərzaq məhsulları və xidmətlər bahalaşıb.

Manevr.az xəbər verir ki, fevralda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz artıb.

Ay ərzində düyünün, unun, manna yarmasının, makaron məmulatlarının, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları və pendirin, bitki yağlarının, meyvə-tərəvəzlərin, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin qiymətləri yüksəlib.

Ay ərzində qeyri-ərzaq mallarından ayaqqabıların, mebelin, mobil telefonların, televizorların, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma qeydə alınıb.

Həmçinin, fevral ayında mənzillərin icarə haqqı, avtomobillərin təmiri, tibbi və stomatoloji xidmətlərin, ölkə daxilində istirahət turlarının qiymətləri qalxıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə, 1,9 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz artıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar