Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Büdcədən maliyyələşən bu təşkilat işçilərinin maaşları qaldırılıb - SİYAHI

Tarix: 03-03-2019 10:29     Baxış: 4319 A- / A+
Büdcədən maliyyələşən bu təşkilat işçilərinin maaşları qaldırılıb

“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Manevr.az-ın məlumatına görə, bu barədə qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Qərara əsasən, AMEA-nın Rəyasət Heyəti və Aparatının, AMEA-nın Gəncə bölməsi aparatında çalışan böyük arxivçi, böyük inspektor və sürücülərin maaşları 193 manatdan 210 manata, arxivçi, makinaçı, katibə-makinaçı, stenoqrafçı, kargüzar, xəzinədar və kadrlar üzrə inspektorların maaşları 180 manatdan 195 manata, texnik, komendant, laborantın maaşı 165 manatdan 180 manata qaldırılıb.

Eyni zamanda “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində işləyən sürücülərin əmək haqları 187 manatdan 210 manata, arxivçilərin maaşı 176 manatdan 195 manata, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin əmək haqları isə 165 manatdan 180 manata qədər artırılıb.
Həmçinin Azərbaycanda Atatürk Mərkəzində çalışan arxivçi-kitabxanaçı, təsərrüfat müdirlərinin maaşı 180 manatdan 210 manata, kompüter operatoru və katibələrin maaşı 170 manatdan 195 manata, xidməti otaqları yığışdıranın maaşı isə 165 manatdan 180 manata qaldırılıb.

Dəyişikliyə görə, Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzində çalışan makinaçının maaşı 165 manatdan 180 manata qaldırılıb.

Bundan əlavə, icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin - xəzinədar, katibə, sürücü və makinaçıların maaşları 209 manatdan 210 manata, eləcə də, gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətlərin əmək haqları 165 manatdan 180 manata qaldırılıb.report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar