Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kiçik sahibkarlara şad xəbər - “Bu ildən...”

Tarix: 29-01-2019 15:44     Baxış: 2190 A- / A+
Kiçik sahibkarlara şad xəbər - “Bu ildən...”

“Bu ildən yalnız mikro sahibkarlar sadələşdirilmiş vergi güzəştindən istifadə edə bilərlər. Amma Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” meyarları haqqında qərarı fərdi sahibkarların sadələşdirilmiş vergidən istifadəsinə imkan vermir”.


Manevr.az
xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, fərdi sahibkarlıq ilə məşğul olub illik (ardıcıl 12 ay) dövriyyəsi 200 min manatdan az olanların güzəştli vergi dərəcələrindən istifadə imkanları yoxdur:

“Problem odur ki, Nazirlər Kabinetinin sözügedən qərarına görə, mikro sahibkarlar illik dövriyyəsi 200 min manatdan az olan və işçilərin sayı 1-10 arasında olan sahibkarlıq subyektləridir. Bu isə o deməkdir ki, fərdi sahibkarlıq ilə məşğul olanların işçiləri olmadığı və fərdi fəaliyyət göstərdikləri üçün onlar mikro sahibkarlar hesab olunmurlar. Qərarda mikro sahibkarların təsnifatı üçün “1” rəqəminin qeyd edilməsi fərdi sahibkarların güzəştdən istifadə imkanlarını məhdudlaşdırır.

Nazirlər Kabinetinin mikro sahibkarlıq subyektləri ilə bağlı bölgüsü beynəlxalq standartlara da uyğun deyil.

Belə ki, Avropa Birliyində illik dövriyyəsi 2 milyon avrodan az olan və işçilərin sayı 10-dək olan (< 10) sahibkarlıq subyektləri mikro hesab olunur. Yəni işçilərin sayı 1-10 arası deyil, 10-dək olanlar mikro hesab olunur”.

Vüqar Bayramov qeyd edib ki, ABŞ-da illik dövriyyəsi 7.5 milyon dollardan az olan və işçilərin sayı 500-dək olanlar kiçik sahibkarlar sayılır:

“Göründüyü kimi, beynəlxalq standartlarda təsnifat zamanı “1” rəqəmindən istifadə olunmur. Bu baxımdan, təklif edirik ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarına dəyişiklik edilsin və işçilərin sayı 1-10 arası olanlar deyil, 10-dək olanlar mikro hesab olunsun. Yalnız bu halda fərdi sahibkarların vergi güzəştindən istifadəsi mümkün olacaq. Əks halda fərdi sahibkarların sadələşdirilmiş vergi sistemindən istifadəsində çətinliklər olacaq”.teleqraf.com



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar