Xəbər lenti
Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq etdi
2018-ci ilin dekabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları Əlavə dəyər vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Yol vergisi bəyannaməsi və Mədən vergisi bəyannaməsi 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Vergilər Nazirliyindən Manevr.az-a verilən xəbərə görə, daşınmaz əmlakın təqdim edilməsi üzrə sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. 2018-ci ilin 4-cü rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları təqdirdə Sadələşdirilmiş verginin bəyannaməsi və Ödəmə mənbəyində tutulan vergi bəyannaməsini 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Eyni zamanda notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir.
2018-ci ilin 4-cü rübünə görə sığortaedənlər tərəfindən, məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat və işsizlik sığortası üzrə rüblük hesabat da 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2018-ci ilin dekabr ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin yanvar ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.
Həmçinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi və gəlir, mənfəət vergisi ödəyiciləri tərəfindən 2018-ci ilin 4-cü rübü üzrə hesablanmış cari ödəmələr 2019-cu ilin yanvar ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































