Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Pensiyalar nə qədər artacaq?

Tarix: 07-01-2019 23:26     Baxış: 4232 A- / A+
Pensiyalar nə qədər artacaq?

Qubad İbadoğlu artımı şərh edir: "Artım 4-7 manat intervalında dəyişəcək"
Bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri açıqlamasında bildirib ki, pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər.

Manevr.az
xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu bununla bağlı sosial şəbəkədə şərh yazıb. Ekspert öncə yazıb ki, Dövlət Statistika Komitəsindən gözlənilən rəqəm nominal əmək haqqının orta illik artım tempi göstəricisidir:

"Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında nominal əmək haqqının orta illik artım tempi 2,8 faiz olub. Çox böyük ehtimalla ilin sonuna bu rəqəm 3 faizi ötməyəcək. Belə olan halda da pensiyalar ötən ilki nominal əmək haqqının orta artım tempinə uyğun indeksləşdiriləcək. Yəni, səxavətli hakimiyyətimizin sosial qayğısı ilə pensiyası 130 manat olanlar üçün 3 manat 90 qəpik, 150 manat olanlar üçün artım 4 manat 50 qəpik, 180 manat olanlar üçün artım 5 manat 40 qəpik, 200 manat olanlar üçün artım 6 manat, 220 manat olanlar üçün artım 6 manat 60 qəpik, 250 manat olanlar üçün artım 7 manat 50 qəpik artım gözlənilir".

Q.İbadoğlu həmçinin xatırladıb ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir: "Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub".musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar