Sizin Reklam Burada
Xəbər lenti
08-05-2026
07-05-2026
BÜTÜN XƏBƏRLƏR

Benzin, araq və siqaretə yeni vergi tətbiq olunur - Bahalaşma olacaq?

Tarix: 27-12-2018 13:12     Baxış: 3215 A- / A+
Benzin, araq və siqaretə yeni vergi tətbiq olunur

Azərbaycanda benzin, dizel yanacağı, maye qaz, energetik içkilər (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün maye, tütün məmulatları və alkoqollu içkilərə faktiki yeni vergi tətbiq olunur.

Manevr.az
-ın məlumatına görə, bu, Milli Məclisə təqdim olunan və sabah plenar iclasda müzakirəyə çıxarılacaq "Tibbi sığorta haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzinin, dizel yanacağının və maye qazın hər litrinə görə 2 qəpik, energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 10 qəpik, tütün məmulatlarına aksiz markasının verilməsinə görə verilən hər bir aksiz markasına görə 5 qəpik, alkoqollu içkilərə aksiz markasının verilməsinə görə verilən hər bir aksiz markasına görə 10 qəpik icbari tibbi sığorta üzrə sığorta haqları qismində alınacaq.

Bu qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu məhsullar ekologiyaya, insan sağlamlığına mənfi təsir göstərdiyi üçün faktiki belə vergiyə cəlb olunduğu ehtimal edilir. Bu vəsaitin İcbari Tibbi Sığorta agentliyinin hesabına köçürüləcək./bakupost


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar