Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yeni ildə çörəyin qiyməti bahalaşa bilər - Ekspertdən açıqlama

Tarix: 24-12-2018 15:50     Baxış: 3281 A- / A+
Yeni ildə çörəyin qiyməti bahalaşa bilər - Ekspertdən açıqlama

Yeni ildə bir çox məhsulların qiymətinin bahalaşması ilə bağlı proqnozlar verilməkdədir. Artıq bu bahalaşma bəzi qida məhsullarında özünü göstərməkdədir. Belə ki, 50 kiloqramlıq kisə un 27-28 manata satılırdısa, hazırda 29-30 manata satılır. Çörəyin həcmində də azalma müşahidə olunmaqdadır. Bir çoxlarını gələn ildən çörəyin qiymətində bahalaşmanın olub-olmayacağı maraqlandırır.

Manevr.az-ın məlumatına görə bununla bağlı big.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, Azərbaycanda ərzağa olan təlabatın xeyli hissəsi idxal hesabına ödənilir: “Əhalinin çörəyə olan ehtiyacı da xaricdən gətirilən buğda və un hesabına ödənilir. Dünya bazarında ərzaq buğdasının qiyməti qalxmaqdadır. Bu artım aşırı həddə hiss edilməsə də ərzaq buğdasının qiymətində bahalaşma müşahidə olunur. Bu onu göstərir ki, ölkədə çörəyin qiymətinin artmasına təzyiqlər var. Maya dəyəri daha baha başa gəlir. Ona görə də hazırda sahibkarlar zərərlə işləməmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Yəni unun qiymətini qaldırırlar və ya çörəyin çəkisini azaldırlar. Bilirsiniz ki, çörəyin qiymətini dövlət tənzimləyir. Ola bilsin ki, bu istiqamətdə dövlət hansısa tədbirlər görəcək. Sahibkarlara kompensasiya verməklə və ya hansısa güzəştlərlə çörəyin qiymətini sabit saxlaya biləcək. Amma tədbirlər olmasa 2019-cu ildə çörəyin qiymətində bahalaşma olması gözlənilir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar