Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ən yüksək və ən aşağı maaş olan - RAYONLAR - SİYAHI

Tarix: 23-11-2018 21:43     Baxış: 2315 A- / A+
Ən yüksək və ən aşağı maaş olan - RAYONLAR

Azərbaycanda 2018-ci ilin 3-cü rübündə işləyənlərin sayı 1 mln 552,7 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsinin xəbər verir ki, ölkədə hal-hazırda muzdla işləyənlərin sayı 1 mln 552,7 min nəfər olub və ölkə üzrə orta aylıq əməkhaqqı isə 540,5 manatdır.

Rayonlar üzrə işləyənlərin sayı

İşləyən əhalinin regionlar üzrə bölgüsünə baxdıqda ən çox işçi Bakı şəhərində (714,5 min nəfər) cəmləşib. Bundan başqa iqtisadi rayonlardan Aran iqtisadi rayonu, Gəncə-Qazax iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası da işçi sayının çoxluğuna görə digər iqtisadi rayonlardan fərqlənirlər. Bu rayonlarda müvafiq olaraq işçi sayı : 214 min nəfər, 140,8 min nəfər və 111,6 min nəfər olub.

Rayonlar üzrə isə ən çox işçi Naxçıvan şəhərində 57,5 min nəfər, ən az isə Naftalan (2,7 min nəfər), Xızı (3 min nəfər) və Qobustan (3,3 min nəfər) rayonlarındadır.

Ən çox işləyən olan rayonlar

Bakı - 714,5 min nəfər,
Sumqayıt – 54,5 min nəfər
Gəncə – 43,4 min nəfər
Abşeron 27 min nəfər
Lənkəran – 22,4 min nəfər
Şəki 21,4 min nəfər
Mngəçevir – 17,9 min nəfər
Bərdə – 17,8 min nəfər

Ən az işçisi olan rayonlar

Xocalı - 1,2 min nəfər
Xocavənd – 1,3 min nəfər
Şuşa – 2 min nəfər
Zəngilan - 2,3 min nəfər,
Naftalan 2,7 min nəfər
Xızı – 3 min nəfər
Qubadlı 3,2 min nəfər
Qobustan - 3,3 min nəfər

Rayonlar üzrə orta aylıq nominal əmək haqqı

Ölkədə ən yüksək orta aylıq nominal əmək haqqı Bakı şəhərində 785,6 manat olub. İqtisadi rayonlar üzrə ən yüksək orta aylıq nominal əmək haqqı Naxçıvan Muxtar Respublikası üzrə 429,4 manat olub. Ən az isə Şəki-Zaqatala iqtisadi rayonunda 284,7 manat təşkil edib.

Rayonlar üzrə ən yüksək orta aylıq əmək haqqı

-Sədərək rayonu 484,8 manat,
-Şuşa rayonu 456,6 manat,
-Naxçıvan şəhəri 447,4 manat,
-Şirvan şəhəri 446 manat,
- Gədəbəy rayonunda 439,7 manat.

Rayonlar üzrə ən aşağı orta aylıq əmək haqqı

-Qax rayonu 255,7 manat,
-Zərdab rayonu 257,7 manat,
-Ağcabədi rayonu 258,7 manat,
-Ağdaş rayonu 259,8 manat,
-Ağdam rayonunda 63,7 manat təşkil edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar