Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycanda yerli pomidoru Rusiyaya satırlar, əhali isə Çin pomidoru yeyir..."

Tarix: 18-11-2018 16:46     Baxış: 3310 A- / A+
"Azərbaycanda yerli pomidoru Rusiyaya satırlar, əhali isə Çin pomidoru yeyir..."

Özbəkistan yalnız xarici investorlara deyil, daxili sərmayəçilərə də nəzər yetirməlidir. Hökumət, ələlxüsus şəhər rəhbərliyi sahibkarları dəstəkləməlidir ki, ölkədə daha çox investor yaransın.

Virtualaz.org Özbəkistan mediasına istinadən xəbər verir ki, bunu Daşkəndin hokimi vəzifələrini icra edən Cahangir Artıqxocayev Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilmiş panel müzakirələrində deyib.

Şəhər başçısının sözlərinə görə, hər gün müxtəlif ölkələrdən olan investorlarla görüşlər keçirilir və yaxın zamanda Qazaxıstandan sərmayəçilərin gəlişi gözlənilir.
"Azərbaycanda yerli pomidoru Rusiyaya satırlar, əhali isə Çin pomidoru yeyir..."


“Buna başqa tərəfdən baxın. Nəyə görə Qazaxıstanda özbək investorları gözləmirlər? İstehsalçılarımız yalnız daxili bazarı düşünür. Məsələn, zavod tikintisi üçün şərait yaradılır. Sahibkar, deyək ki, Çindən dəzgah gətirir və bu iki ildən sonra lazımsız dəmir parçasına çevrilir. İstərdim ki, sahibkarlar yalnız daxili bazarı nəzərdən keçirməsinlər. Onlar Qazaxıstan, Rusiya və başqa yaxın qonşuların bazarları üçün də məhsul istehsal etməlidirlər”, - Artıqxocayev deyib.

Onun fikrincə, istehsalçılar ilk növbədə xarici bazarları düşünməli, daxili bazarda məhsullarını isə yalnız ixracatdan artıq qalan zaman satmalıdırlar.

Nümunə kimi o, Azərbaycanı göstərib. Hokimin dediyinə görə, həmin ölkədə yetişdirilən pomidorlar xaricə, əsas etibarilə Rusiyaya satılır, yerli əhali isə 3 dəfə ucuz olan Çin pomidorlarını yeyir.

Artıqxocayev Türkiyənin məşhur “Waikiki” firmasından da misal gətirib. Bildirib ki, bu şirkətin bircə zavodu belə yoxdur, amma illik dövriyyəsi 2 milyard dollara bərabərdir. Müqayisə üçün: Özbəkistanın tekstil bazarının illik həcmi cəmi 700 milyon dollardır.

Hokim həmçinin “korzinka.uz” supermarketlər şəbəkəsinin təsisçisi Zəfər Həşimova müraciətlə deyib ki, Qazaxıstanda şəbəkənin mağazalarını açmaq barədə düşünsün.

“Korzinka.uz Qazaxıstanda və Rusiyada onlarla mağaza açarsa, xarici bazarlarda yerli məhsulların satışı artar. Sahibkarlarımız bu mağazalar üçün artıq xarici ölkələrdə binalar tikər. Koreya deyəndə adamın ağlına “Samsung” və “Hyundai” gəlir. Daşkəndin inkişafı üçün iri sahibkarlar lazımdır”, - Özbəkistan paytaxtının başçısı bildirib.

Şəhərin inkişafı üçün ən azı 15 bu cür sahibkar lazımdır. Hokim deyib ki, onlar xarici bazarlara çıxmalı və Özbəkistanın maraqlarını müdafiə etməlidirlər. Hökumət isə, öz növbəsində, onlara maksimal dərəcədə yardım etməlidir.

Başqa sözlə, bütün dünyanın tanıyacağı varlı sahibkarlar təbəqəsi yaranmalıdır. Gün gələcək ki, bu 15 sahibkar bütün ölkəni işlə təmin edəcək – hokimin fikrincə, bütün dünyada bu cür baş verir.

O, həmçinin sahibkarları kiçik olsa da, keyfiyyətli istehsalat yaratmağa çağırıb. Avadanlıq isə “şərti Çin”dən deyil, ən yaxşısı – Almaniyadan, Avstriyadan alınmalıdır. Belə olarsa, bu avadanlıq 20 ildən sonra da xidmət göstərəcək, buraxılan məhsullar isə rəqabət qabiliyyətli olacaq.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar