Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Mərkəzi Bank 1,3 milyard manatı yandırdı

Tarix: 13-11-2018 23:11     Baxış: 2276 A- / A+
Mərkəzi Bank 1,3 milyard manatı yandırdı

Mərkəzi Bank 1,3 milyard manat həcmində pul nişanlarını yandırıb.


Manevr.az
xəbər verir ki, həmin pul yararsız olduğundan məhv edilib.

Mərkəzi Bankın hesabatına görə, dövriyyədə olan milli pul nişanlarının keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul olunmuş “Tədavüldə təmiz pul siyasəti” çərçivəsində ötən il “Əhaliyə xidmət kassaları” vasitəsilə 7,7 milyon manat tədavülə yararsız pul nişanı dəyişdirilib.

Eləcə də tədavüldən qayıtmış pul nişanlarının emal edilməsi təmin edilib, tədavülə yararsız 1,4 milyard manat (92 milyon ədəd) həcmində pul nişanı dövriyyədən çıxarılıb.

Hesabata görə, ölkə iqtisadiyyatının nağd pula olan tələbatının vaxtında və tələb olunan strukturda ödənilməsi üçün Mərkəzi Bank 410.7 mln. manat həcmində kağız və metal pul nişanlarının istehsal olunaraq ölkəyə gətirilməsini təmin edib.

Tədavülə buraxıldığı 12 il müddətində iri nominallı pul nişanlarının (50 və 100 manat) xüsusi çəkisi davamlı olaraq artıb və 2017-cı ilin sonuna 90 faizi ötüb. Beynəlxalq təcrübədə tədavüldə iri nominallı pul nişanlarının xüsusi çəkisi 75 faizdən yuxarı olduqda mərkəzi banklar tərəfindən dövriyyəyə daha iri nominallı pul nişanlarının buraxılması nəzərdən keçirilir. Buna görə də Mərkəzi Bank 2018-ci ilin may ayında 200 manatlıq əskinasları dövriyyəyə buraxıb./oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar