Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Dollara tələb artmaqda davam edəcək" - Ekspertdən manat açıqlaması

Tarix: 02-11-2016 16:50     Baxış: 4199 A- / A+
"Dollara tələb artmaqda davam edəcək"


"Dollara artan tələb Mərkəzi Bankın valyuta ehtiyatlarının son 1 ayda 4,13 milyard dollardan 4,0 milyard dollaradək azalmasına səbəb olub".

Manevr.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, dollara tələb artmaqda davam edəcək:

"Mərkəzi Bankın rezervlərində iyul ayından müşahidə edilən azalma tendensiyası isə davam etməkdədir. 2014-ci ilin iyul ayında 15,19 milyard dollar ehtiyata sahib olan Mərkəzi Bank həmin puldan cəmi 4 milyard dolları saxlaya bilib. Bu arada Dövlət Neft Fondu da valyuta hərraclarında bu ilin oktyabr ayı ərzində 371 milyon dollar satdığını açıqladı.

Beləliklə, oktyabrda dollara tələbin artması Neft Fondu ilə yanaşı Mərkəzi Bankı da xərcə salıb".

İqtisadçının sözlərinə görə, Mərkəzi Bank bu müddətdə manat bazasının inzibati yollar ilə azaldılması strategiyasını davam etdirsə də, bu dollara olan tələbin optimallaşmasına səbəb olmayıb:

"Belə ki, 2014-ci ildə 11,7 milyard manat pul bazasına sahib idiksə, bu ayın əvvəlinə bu rəqəm 7,45 milyard manatadək azalıb. Nəticədə, dolların manata məzənnəsinin artması fonunda Mərkəzi Bankın "az manat – dollara az tələb” reseptinin reallıqda dərdə çarə olmadığını göstərir. Son dövrlər müflis olan banklara görə 650 milyon manatdan artıq kompensasiya ödəyən Əmanətlərin Sığortalanması Fondu bu vəsaitin yarından çoxunu son 1 ayda Bank Standard-ın əmanətçilərinə ödəyib. Nəticədə, dövriyyəyə daxil olan "kompensasiya manatları” dollara tələbi daha da artırıb. Manat isə dollara nisbətən həm rəsmi məzənnədə, həm də bazar kursunda dəyər itirməkdədir.

Sentyabrın ortalarında manat möhkəmlənən zaman proqnozlaşdırdığım kimi, dollara tələb artmaqda davam edəcək.

Arada "manatın qısa dalğaları” ola bilər, amma bu heç də bazarda uzun müddətli təsirə malik olmayacaq. Bu baxımdan, dollara tələb artmaqda davam edəcək. Bir tərəfdən ilin sonunadək, idxalın artması, özəl və dövlət müəssisələrin borc ödənişləri və bayram səfərləri xarici valyutaya tələbi artıracaq. Digər tərəfdən, Mərkəzi Bankın rezervlərinin 4 milyard dollarlıq "psixoloji qapının” ağızında dayanması, neftin qiymətinin proqnozlaşdırıldığı kimi aşağı düşməsi və Neft Fondunun büdcə transferlərinin azalması manata təzyiqi artırır.

Belə olan halda, öncədən proqnozlaşdırıldığı kimi, Mərkəzi Bankın liberal üzən valyuta rejiminə keçməsi daha da real görsənir. Bütün hallarda isə, "dollar növbəti aylarda da valyuta bazarımızda topu öz meydançasında” asanlıqla saxlaya biləcək".(Strateq.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar