Xəbər lenti
Noyabrda büdcə müzakirələri başlayır
2019-cu ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin Milli Məclisin (MM) iclaslarında müzakirə ediləcəyi vaxt bir daha dəqiqləşib.
Manevr.az-ın oxu.az-a istinadən məlumatına görə, büdcə zərfinə daxil olan “2019-cu il dövlət büdcəsi haqqında”, “ 2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri noyabrın 1-dən 8-dək parlamentin komitələrində müzakirə ediləcək.
Daha sonra isə büdcə zərfinə daxil olan MM-in noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Büdcə zərfi barədə millət vəkillərini maliyyə naziri Samir Şərifov məlumatlandıracaq.
Beləliklə, 2019-cu ilin dövlət büdcəsi MM-in 5 plenar iclasında müzakirə olunacaq.
Büdcədə həmçinin artımların olacağı gözlənilir.
Bunu isə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindən bildiriblər.
Qeyd edilib ki, hər il olduğu kimi, 2019-cu ilin büdcəsində də artımlar olacaq, ancaq artımlar nə qədər olacaq, o, yaxın günlərdə dəqiq bilinəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































