Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ-da Araz Ağalarovun bank hesablarını bağladılar

Tarix: 20-10-2018 08:00     Baxış: 2200 A- / A+
ABŞ-da Araz Ağalarovun bank hesablarını bağladılar

ABŞ-ın xüsusi məsələlər üzrə prokuroru Robert Müllerin Araz Ağalarovun “Crocus Group” şirkətinə aid məsələlərlə bağlı “BuzzFeed”də yayımlanan məqaləsindən sonra şirkətin Amerikadakı bütün bank hesabları bağlanıb.


Manevr.az
xəbər verir ki, bununla bağlı şirkət “Union Bank”dan məktub alıb. Bu barədə “Crocus”un regional inkişaf üzrə idarə direktoru və ABŞ-dakı nümayəndəsi İrakli Kaveladze məlumat verib.
Sentyabrın 21-də “BuzzFeed”də Müllerin Ağalarovla Kaveladze arasında pul köçürmələri ilə maraqlanması haqqında material dərc olunub. Nəşrin qeydinə görə, Mülleri Araz Ağalarovun şirkət nümayəndəliyinin hesabına 9 iyun 2016-cı il tarixində 3,3 milyon dollar pul köçürmək cəhdi maraqlandırıb. Həmin tarixdə isə vəkil Natalya Veselnitskaya ABŞ-ın gələcək prezidenti Donald Trampın oğlu ilə “Trump Tower”da görüşüb. Veselnitskaya həmin görüşdə, ABŞ KİV-nin iddiasına görə, Trampın rəqibi Hillari Klintona bəzi “dəlillər” çatdırıb. Sazişlər isə 3 bank - “Citibank”, “JPMorgan Chase” və “Morgan Stanley” vasitəsilə həyata keçirilib.

Kaveladzenin sözlərinə görə, “Crocus Group”un hesabları ABŞ-da yalnız “Union Bank”da olub. Bu gün isə artıq üç bank şirkətin yeni hesabların açılması ilə bağlı müraciətlərini rədd edib.

“Şirkətimizin ABŞ-da fəaliyyətini dayandırması real təhlükə altındadır. Bu isə ABŞ-ın Maliyyə Nazirliyinin nümayəndəsinin cinayətkar addımının neqativ nəticələrinin cüzi hissəsidir”, - deyə Kaveladze əlavə edib.

Qeyd edək ki, “Crocus Group”un ABŞ nümayəndəliyi "Sənin evin" ticarət şəbəkəsi üçün tikinti materiallarının və avadanlığın alınması ilə məşğul olur.(qafqazinfo)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar