Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərsu” ASC-nin rəsmi internet səhifəsi istifadəçilərin ixtiyarına verilib

Tarix: 01-10-2018 19:12     Baxış: 2310 A- / A+
“Azərsu” ASC-nin rəsmi internet səhifəsi istifadəçilərin ixtiyarına verilib

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsi – www.azersu.az saytı yeni dizaynda və təkmilləşdirilmiş formada istifadəçilərin ixtiyarına verilib.
Azərsu” Açıq Səhmdar Cəmiyyətindən alınan məlumata əsasən Manevr.az xəbər verir ki, saytın təkmilləşdirilməsi “Azərsu” ASC-nin “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirdiyi addımlardan biridir.

Azərbaycan və ingilis dillərində hazırlanmış saytın strukturu təkmilləşdirilərək ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələrə xüsusi önəm verilib.

İnternet səhifəsində “Azərsu” ASC-nin fəaliyyəti, strukturu, su təchizatı və kanalizasiya sektorunun tarixi, həyata keçirilən yeni layihələr, suyun keyfiyyəti, tullantı sularının idarə olunması, su təchizatı sahəsində qanunvericilik, abonentlərlə işin təşkili və s. mövzular barədə ətraflı məlumatlar yer alıb. Saytın interaktiv xəritəsində “Azərsu” ASC-nin su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi yaşayış məntəqələri barədə dolğun məlumatlar öz əksini tapıb.

Müasir dövrün tələblərinə uyğun olaraq saytın hazırlanması zamanı yeni informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilib. İstifadəçilər “Azərsu” ASC-nin elektron xidmətlər portalında yerləşdirilmiş bütün elektron xidmətlərindən onlayn rejimdə istifadə edə bilər. Yeni saytda elektron xidmətlərə birbaşa keçidin təmin olunması həmin xidmətlərdən operativ istifadə etməyə imkan yaradır.

İlk dəfə olaraq Dövlət Xidmətləri Portalı yeni sayta inteqrasiya edilib və istehlakçılar bu xidmətlərdən də yararlana bilərlər. www.azersu.az saytını mobil qurğularda (ios, android) tətbiq etmək üçün müvafiq proqramlar işlənilib və istifadəçilərin ixtiyarına verilib. Saytda sosial şəbəkələrə keçid imkanları da təmin edilib.
Yeni formalaşdırılmış foto və video qalereya bölmələri Səhmdar Cəmiyyətin fəaliyyətinə dair geniş məlumat bazası ilə zənginləşdirilib.

Hazırda saytın daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.(sia)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar