Sizin Reklam Burada
Xəbər lenti
07-05-2026
06-05-2026
BÜTÜN XƏBƏRLƏR

Sankt-Peterburqun meyvə bazarı 90% şəmkirlilərin nəzarətində

Tarix: 24-09-2018 21:50     Baxış: 3819 A- / A+
Sankt-Peterburqun meyvə bazarı 90% şəmkirlilərin nəzarətində

Rusiyanın Sankt-Peterburq şəhərinin meyvə-tərəvəz təchizatı ilə məşğul olan şirkətlərin yarıdan çoxu bir vaxtlar Azərbaycandan "şimal paytaxtı"na üz tutanlara məxsusdur.

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, azərbaycanlılar meyvə idxal edən kiçik şirklətlərin 90%-dən çoxuna nəzarət edirlər.

Mənbə əlavə edir ki, bu işin ən maraqlı tərəfi həmin azərbaycanlıların hamısının Şəmkir rayonundan olmasıdır. Məsələn, "Ruzifrut" və "Aybarus" şirkətlərinin sahibləri Elbrus Məmmədov və Elçin Əhmədov Azərbaycanın şimal-qərbində yerləşən bu rayondandırlar.

"Əhməd Frut" şirkətinin sahibləri Aydın Musayev və İlham Hacıyev isə Şəmkir rayonunun Şiştəpə kəndindəndirlər. Yeri gəlmişkən, həmin ikili iqtidadiyyatın digər sahələrində də fəaldır: bu yaxınlara qədər "Dunay" və "Parnas-Siti" ticarət mərkəzləri onlara məxsus idi.

Hazırda bu aktivlərdən "Əhmıd Frut"la rəsmi olaraq yalnız "Parnas-siti" TM bağlıdır. Bina Hacıyevin həmtəsisçisi olduğu "Sidney" MMC-nin adına qeydiyyatdan keçib. Bu şirkət Peterburq hakimiyyəti ilə şəhərin şimalında dəyəri 1 milyard rubl olan avtovağzal tikintisi ilə əlaqədar saziş bağlayıb, lakin öhdəliklərin yerinə yetirilməsi yubadılır.

Nəşr vurğulayır ki, faktiki olaraq Azərbaycanın bir kəndinin yetirmələri Sankt-Peterburqun çoxmilyardlıq meyvə-tərəvəz idxalı bazarının 30%-nə nəzarət edirlər.

Bildirildiyinə görə, Rusiyanın Avropa hissəsinə meyvə-tərəvəzin böyük hissəsi Türkiyədən, Misirdən, Mərakeşdən, Pakistandan və Latın Amerikası ölkələrindən idxal edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar