Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bağlanan 9 bankın əmlakı satışa çıxarılıb – Mənzil və avtomobillər də var

Tarix: 26-08-2018 13:42     Baxış: 2430 A- / A+
Azərbaycanda bağlanan 9 bankın əmlakı satışa çıxarılıb – Mənzil və avtomobillər də var


Əmanətlərin Sığortalanması Fondu Azərbaycanın Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, “Kredobank” ASC, “Bank of Azərbaycan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Zaminbank” ASC, “Atrabank” ASC, “Royalbank” ASC və “Dəmirbank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı 58 lot üzrə satışa çıxarır.

Fonddan verilən məlumata görə, 32 lot üzrə əmlak birinci dəfə, 3 lot üzrə əmlak ikinci dəfə, 12 lot üzrə üçüncü dəfə, 11 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.

3 sentyabr 2018-ci il tarixində keçiriləcək hərracda 8 ədəd bankomat, 2 ədəd generator, 9 ədəd inkassator maşını, 1 ədəd qeyri-yaşayış sahəsi, 1 ədəd minik avtomobili, 6 lot üzrə kompüter və rabitə avadanlığı, 1 lot üzrə mebel və texniki avadanlıq, 1 lot üzrə 60 ədəd pos-terminal, 10 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca 10 ədəd minik avtomobili, 2 lot üzrə mebel və texniki avadanlıq, iki mənzil, 17 sentyabr 2018-ci il tarixdə keçiriləcək hərraca bir minik avtomobili və bir mənzil, 25 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca isə 11 ədəd minik avtomobili və iki lot üzrə generatorlar və müvafiq texniki avadanlıq satışa çıxarılır.

Hərraclar açıq formada Xammal və Əmtəə Birjasında, Bakı şəh., İ.Hidayətzadə küç., 156 (20A) 1933-cü məh. ünvanında keçiriləcək. Hərraca cıxarılan əmlakın vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 saytında tanış olmaq olar. /Trend/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar