Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Dizel və “Aİ-92″ markalı benzin bahalaşacaq…” – Ekspertdən PROQNOZ (SƏBƏBLƏR)

Tarix: 22-08-2018 18:28     Baxış: 2587 A- / A+
“Dizel və “Aİ-92″ markalı benzin bahalaşacaq…” – Ekspertdən PROQNOZ (SƏBƏBLƏR)


“Benzinin son bahalaşmasından yazmadım, çünki mənim əvvəldən super, premium, VİP, biznes klass, star, royal, king, imperial kimi təmtəraqlı adlarla başlayan məhsul və xidmətlərdən xoşum gəlmir. Həmişə sadəsinə üstünlük verirəm, maşınım olanda da ən ucuz Aİ-92 markalı benzindən istifadə edirdim. Odur ki, “Premium Euro-95”, “Super Euro-98″ markalı benzinin qiymət bahalaşmasını nə şəxsi, və nə də ictimai mənada əhəmiyyətli hesab etmirəm. Özləri bilərlər, satan da onlardır, alan da”.

Manevr.az minval.info-ya istinadən xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu bildirib. O qeyd edib ki, bu bahalaşma növbəti qiymət artımları üçün keçid rolunu oynayacaq: “Belə ki, bir müddət sonra “Aİ-92” markalı benzin və dizel yanacağı da bahalaşdırılacaq. Gözləntilərə görə, bu, payıza təsadüf edəcək. Fikrimcə, bunun üçün ən azı 4 səbəb əsas kimi gətirilə bilər:

1. Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılması. Beləliklə də Azərbaycanda avtomobillərin istehlak etdiyi bütün növ yanacaq idxal məhsulu sayılacaq və bahalaşma dünya bazarı ilə əlaqələndiriləcək.

2. Avtomobil yanacağının müxtəlif növləri arasında qiymət fərqinin böyüməsi. Hazırda dizel yanacağı ilə 98 markalı benzinin qiyməti arasında fərq 3 dəfədir. Eyni zamanda son dövrdə dizel yanacağının istehlakı da artıb.

3. Avtomobillərin idxalının artımı. Bu ilin 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən avtomobillərin sayında 2,6 dəfə artım olub, idxal 4468-dən 11700 qalxıb.

4. Postsovet regiondan olan qonşu dövlətlərdəki qiymətlərlə müqayisə. Belə müqayisələr qüsurludur. Əslində daha düzgün müqayisə orta aylıq əmək haqqının benzinlə olan alıcılıq qabiliyyətidir. Bu müqayisəyə görə, orta aylıq əmək haqqına Almaniyada 3000 litr, İranda 1840 litr, Rusiyada 1003 litr, Qazaxıstanda 920 litr, Belarusda 679 lirt, Gürcüstanda 495 litr, Türkiyədə 485 litr, Azərbaycanda isə 350 litr keyfiyyətli benzin almaq olar”.

“Dizel və “Aİ-92″ markalı benzin bahalaşacaq…” – Ekspertdən PROQNOZ (SƏBƏBLƏR)

Benzinin son bahalaşmasından yazmadım, çünki mənim əvvəldən super, premium, VİP, biznes klass, star, royal, king, imperial kimi təmtəraqlı adlarla başlayan məhsul və xidmətlərdən xoşum gəlmir. Həmişə sadəsinə üstünlük verirəm, maşınım olanda da ən ucuz Aİ-92 markalı benzindən istifadə edirdim. Odur ki, "Premium Euro-95", "Super Euro-98" markalı benzinin qiymət bahalaşmasını nə şəxsi və nə də ictimai mənada əhəmiyyətli hesab etmirəm. Özləri bilərlər, satan da onlardır, al…


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar