Sizin Reklam Burada
Xəbər lenti
09-08-2025
08-08-2025
BÜTÜN XƏBƏRLƏR

Maduronun Bakıya səfəri dünya neft bazarlarına təsir edib

Tarix: 22-10-2016 10:30     Baxış: 4211 A- / A+
Maduronun Bakıya səfəri dünya neft bazarlarına təsir edib

Rusiyanın energetika naziri Aleksandr Novakın ölkənin əvvəlki kimi neft hasilatının dondurulmasında qərarlı olduğunu təsdiq etməsi fonunda neftin dünya qiymətləri artmağa başlayıb. Bu barədə Rusiyanın "Praym" iqtisadi xəbərlər agentliyi yazıb.

Nəşrin məlumatına görə, cümə günü saat 22:58-ə olan vəziyyətə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin dəyəri 0,78% artaraq bir barel üçün 51,78 dollara çatıb. WTI markalı neftin qiyməti isə 0,43% bahalaşaraq bir barelə görə 50,85 dollar təşkil edib.

Cümə günü Novak bəyan edib ki, Rusiyanın neft hasilatının dondurulması ilə bağlı mövqeyi dəyişməyib və ölkə əvvəlki kimi bunda qərarlıdır. Eyni zamanda, Novak və Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih 22-23 oktyabr tarixlərində OPEK razılaşmaları üzrə əlaqələndirmə məsələlərini müzakirə etməyi planlaşdırır.

Agentlik yazır ki, bundan əlavə, Venesuela prezidenti Nikolas Maduronun bir sıra neft hasil edən ölkələrə turne çərçivəsində oktyabrın 21-də Azərbaycana səfər etməsi xəbəri də neft bazarlarına təsir edib. Maduro Bakıda neftin dünya qiymətlərinin stabilləşdirilməsinə dair məsələ üzrə qarşılıqlı anlaşma əldə etmək üçün Azərbaycan prezidentiİlham Əliyev və digər rəsmilərlə işgüzar görüşlər keçirəcək. Nümayəndə heyətinə Venesuelanın neft naziri Euloxio del Pino da daxildir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar