Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Əhali yenidən pulunu banklar qoymağa başlayıb

Tarix: 25-07-2018 19:28     Baxış: 2200 A- / A+
Əhali yenidən pulunu banklar qoymağa başlayıb


30 iyun 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri 9,7% və ya 505 mln. manat (iyun ayı üzrə 2,7%, 148 mln. manat) artıb.

Manevr.az istiPress-in məlumatına görə bildirir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildiriblər.

Hesabat dövrü ərzində Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 mlrd. 991 mln. manat, kredit portfeli 11 mlrd. 712 mln. manat, cəmi öhdəlikləri isə 24 mlrd. 087 mln. manat təşkil edib.

sektorun balans kapitalı 3 mlrd. 904 mln. manat, əhalinin əmanətləri isə 8 mlrd. 19 mln. manat olub. 2018-ci ilin ilk yarımilliyində bank sektorunun aktivləri 0,2% (70 mln. manat), balans kapitalı isə 5,2% (195 mln. manat) artıb.

Bu ilin ilk yarımilliyində kredit portfeli 3,3% və ya 375 mln. manat (iyun ayı üzrə 1,4%, 160 mln. manat), fiziki şəxslərin cəmi depozitləri 6,3% və ya 477 mln. manat (iyun ayı üzrə 2,9%, 227 mln. manat) artıb.

Bank sektoru cari ilin ilk yarımilliyində 309 mln. manat əməliyyat mənfəəti generasiya edib. Bundan aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırmalar 258 mln. manat təşkil edib. Nəticədə, sektor cari ilin 6 ayında 36 mln. manat xalis mənfəət əldə edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 481 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti cari ilin 6 ayı ərzində 3.5% və ya 566 nəfər (iyun ayı üzrə 0.5%, 75 nəfər) artaraq 16 737 nəfər təşkil edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar