Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident elektrik və qazla bağlı göstəriş verdi - nəzarət güclənir

Tarix: 17-07-2018 10:24     Baxış: 2527 A- / A+
Prezident elektrik və qazla bağlı göstəriş verdi - nəzarət güclənir


Məqsəd fasiləsiz, etibarlı və keyfiyyətli elektrik, istilik enerjisi, qaz ilə təchiz edilmədir

Prezident İlham Əliyev “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilməsi tapşırılıb.

Nazirlər Kabineti təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. Bundan başqa yerli və xarici ekspertləri, habelə beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə, aşağıdakıları doqquz ay müddətində müəyyən edib, prezidentinə məlumat vermək tapşırılıb.

elektrik qurğularının quraşdırılması qaydasını;

elektrik və istilik qurğularının texniki istismar qaydasını;

elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydasını;

elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydasını;

yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi qaydasını;

Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi səlahiyyəti verilib. Bu, “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik və istilik enerjisinin istehsalçıları, ötürücüləri, paylayıcıları və istehlakçılarına (məişət abonentləri istisna olmaqla),qazın istehsalı, emalı, saxlanması, nəqli, paylanması, satılması, mayeləşdirilməsi, həmçinin qaz qurğularının quraşdırılması, boru kəmərlərinin tikintisi, istifadəsi, sınağı və sertifikatlaşdırılması fəaliyyətini həyata keçirənlərə və istehlakçılara nəzarət edəcək.

Bu sahələrdə nəzarətin məqsədi vətəndaş məmnunluğunun, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının daha da artırılmasını, onların etibarlı, fasiləsiz, keyfiyyətli və təhlükəsiz elektrik və istilik enerjisi, habelə qaz ilə təchiz edilməsini, nəzarət edilən subyektlər tərəfindən müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl olunmasını, qanun pozuntularının qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etməkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar