Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Binali Yıldırım: TANAP Cənub Qaz dəhlizinin onurğasını təşkil edir

Tarix: 10-10-2016 16:47     Baxış: 3260 A- / A+
Binali Yıldırım:


Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru xətti Cənub Qərb dəhlizinin iki uğurlu elementidir.

Manevr.az xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binali Yıldırım İstanbulda 23-cü Dünya Enerji Konqresində çıxışında bildirib.

Baş nazir qeyd edib ki, hazırda TANAP layihəsi uğurla həyata keçirilir: “Azərbaycanla birlikdə gerçəkləşdirəcəyimiz TANAP layihəsi Avropa enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsinin vacib hissəsini təşkil edir. Türkiyə bu baxımdan çox əlverişli coğrafi mövqedə yerləşir.

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) ölkələri arasında enerjiyə ən çox ehtiyac hiss edən ölkənin Türkiyə olduğuna diqqət cəlb edən baş nazir Yıldırım Çindən sonra dünyada ən çox enerji idxal edən ölkənin də Türkiyə olduğunu bildirib.

2023-cü ildə Türkiyənin enerjiyə ehtiyacının bugünkündən 2 dəfə artıq olacağını deyən Binali Yıldırım regional layihələrin həyata keçirilməsində Türkiyənin öz üzərinə düşən vəzifələri yerinə yetirəcəyini vurğulayıb. O, Avropanın təbii qazla fasiləsiz və təhlükəsiz şəkildə təmin edilməsində Xəzər dənizi hövzəsinin təbii ehtiyatlarının önəminə istinad edərək “Cənub Qaz dəhlizi layihəsinin onurğasını TANAP layihəsi təşkil etməkdədir”, - deyib.

B. Yıldırım enerji səbətinə nüvə enerjisini mənbələrini də əlavə etdiklərini deyib: "Ümumi enerji istehsalının 10 faizi nüvə stansiyaları hesabına başa gələcək. İki nüvə layihəmiz var. Yeni nüvə stansiyası gündəmdədir. Enerji olmadan inkişafdan, təhsildən sohbət gedə bilməz".(Moderator.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar