Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bank hesabları üzrə aparılan valyuta əməliyyatları siyahısı genişləndirildi

Tarix: 12-03-2018 23:11     Baxış: 3392 A- / A+
Bank hesabları üzrə aparılan valyuta əməliyyatları siyahısı genişləndirildi


“Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilib.

Muxalifet.az-ın məlumatına görə, artıq qabaqcadan ödənişin aparıldığı gündən 180 gün deyil, 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır.
Dəyişikliyə görə, malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü ölkəyə göndərilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir.
Bundan başqa, rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə tədarük edilməsi məqsədilə köçürmələr rezidentin tenderdə iştirakını təsdiq edən sənəd və tender nəticəsində bağlanmış müqavilə, həmçinin malların tədarük edilməsi məqsədilə üçüncü tərəflə bağlanılan müqavilə, hesab-faktura və ya ödənişin təyinatını, məbləğini və alınan mallar barədə məlumatı özündə əks etdirən digər sənəd banka təqdim edilməklə həyata keçirilməlidir.
Həmçinin, “Borc vəsaiti rezidentlərin və qeyri-rezidentlərin xaricdəki bank hesablarına mədaxil edildikdə, belə köçürmələr əlavə olaraq borc vəsaitinin bu qaydaların 4-cü hissəsində (bank hesabları üzrə aparılan valyuta əməliyyatları) nəzərdə tutulan məqsədlərlə istifadə edildiyini təsdiq edən sənədlər və istifadə edilmiş vəsaitin həcmini göstərən bank hesabından çıxarış təqdim edilməklə, borc vəsaitindən istifadə edilmiş miqdarda həyata keçirilir (rezident və ya qeyri-rezidentin xaricdəki bank hesabına köçürülmüş borc vəsaiti Azərbaycan Respublikasına malların və ya xidmətlərin idxal edilməsi üçün avans ödənişin edilməsi məqsədilə istifadə edildikdə həmin rezident və ya qeyri-rezidentin müvəkkil bankdakı hesabından borcun ödənilməsi məqsədilə vəsait köçürüldüyü gündən bu Qaydaların 4.3.1.3-cü yarımbəndində göstərilən qabaqcadan ödəniş rejimi tətbiq olunur).

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar