Xəbər lenti
Pensiyalar niyə verilmir? - Nazirlikdən açıqlama

"Hazırda nazirlik tərəfindən pensiyalara edilmiş artımlarla bağlı müvafiq dəqiqləşdirmələr aparılır".
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib:
Onun sözlərinə görə, artımlar avtomatlaşıdırılmış qaydada həyata keçiriləcək. Fevral ayının 13-dək bu işlərin yekunlaşdırılması və fevral ayının 14-dən etibarən fevral ayı üzrə pensiyaların artımlarla birgə (yanvar, fevral) maliyələşdirilməsinə başlanması nəzərdə tutulur".
"Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyalarının ümumi məbləği 2017-ci ilin orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılıb".
Məlumat üçün bildirək ki, bir neçə gündür pensiyaçılar ödənişlərin hələ də köçürülmədiyini bildirib.sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































