Sizin Reklam Burada
Xəbər lenti
30-04-2026
29-04-2026
BÜTÜN XƏBƏRLƏR

2018-Ci Ildə Bankları NƏ GÖZLƏYİR ? – PROQNOZ

Tarix: 29-12-2017 12:19     Baxış: 5608 A- / A+
2018-Ci Ildə Bankları NƏ GÖZLƏYİR ?


“DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyasının ləğv edilməsi bank sektorunda “yarpaq tökümünün” növbəti mərhələsinin başlaması kimi fikirlərə səbəb olub. Xüsusilə qeyd edilir ki, bank sektorunun daha ağır dövrü qarşıdadır. Ona görə ki, cari ildə bank sisteminin heç bir fundamental problemi köklü şəkildə həll olunmayıb. Əksinə, problemlər dondurularaq növbəti illərə keçirilib.

Manevr.az bildirir ki, iqtisadçı-ekspert Qubad İbadoğlu Oxu.Az-a açıqlamasında bildirdi ki, ötən 2 il ərzində 13 bankın bağlanması bank sektorunu böhrandan çıxara bilmədi:

“Hazırda bankların hər 3-dən 1-i ziyanla işləyir. Ötən il 13 bank, bu ilin ilk 9 ayında isə 12 bankın maliyyə nəticəsi zərərlə ifadə olunub. Beləliklə, son 1 il 9 ayda ən çox ziyan “Accessbank”da (127,5 milyon manat), “Bank of Baku”da (69,6 milyon manat), “Unibank”da (39,2 milyon manat), “Bank Respublika”da (37 milyon manat), “AGBank”da (24,2 milyon manat) və “Dəmirbank”da (20,3 milyon manat) qeydə alınıb. Bu il üçün zərəri ən az olan, səhmlərinin 25 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına malik olan “Dəmirbank”ın lisenziyası geri alınıb”.

Ekspert bildirir ki, cari ilin 3-cü rübünün nəticələrinə görə, aktivlərin dəyəri “Amrahbank”da 10,3 %, “Muğanbank”da 12,5 %, “Unibank”da 16,9 %, “Accessbank”da 19,2%, “Bank of Baku”da 21,1%, azalıb:

“Hesabat dövründə bank kapitalının dəyərini “Accessbank” 6,8%, “Amrahbank” 15,3%, “Bank of Baku” 19,9%, “AFB Bank” 21,4%, “AGBank” 21,9 %, “Unibank” 37,8% itirib.

Məlumat üçün qeyd edim ki, “Azərbaycan Beynəlxalq Bankı”, “Günay Bank” və “Naxçıvanbank” dövr ərzində məlumat açıqlamayıb. Böyük ehtimalla, hər 3 bankın cari vəziyyətini xarakterizə edən məlumatların gizlədilməsi onların göstəricilərinin pis olması ilə əlaqədardır. Qeyd olunan göstəricilər üzrə bankların vəziyyətinin qiymətləndirilməsi göstərir ki, hesabat açıqlamayan banklar da daxil olmaqla, yuxarıda adları sadalanan banklar 2018-ci ilə çətin maliyyə durumunda qədəm qoyurlar. Odur ki, bank xidmətindən istifadə edən istehlakçıların hüquqları qorunmadığı indiki böhranlı şəraitdə müştərilər vaxtında doğru qərarlar qəbul etmək üçün maliyyə savadını artırmalıdırlar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar