Sizin Reklam Burada
Xəbər lenti
11-05-2024
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycandakı bu qiymətli bitki nə pul, nə qulluq tələb edir, amma sərvət qazandırır

Tarix: 24-12-2017 00:27     Baxış: 5264 A- / A+
Azərbaycandakı bu qiymətli bitki nə pul, nə qulluq tələb edir, amma sərvət qazandırır


Kənd təsərrüfatı dünyanın bir çox dövlətlərində iqtisadiyyatın ən iri sahəsi hesab olunur. İnsanların işlə təmin olunmasında da bu sahənin böyük payı var. Həmçinin, qazanclı sahə olması ilə yanaşı, istehsal olunan məhsulun ərsəyə gəlməsi üçün xərc də tələb edir.

Manevr.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, nə qədər qəribə səslənsə də, kənd təsərrüfatının elə sahəsi var ki, heç bir xərc qoymadan torpaqdan məhsul əldə etmək mümkündür. Belə ki, kəndli biyan bitkisini heç bir qulluq göstərmədən yetişdirə və gəlir götürə bilər. Qarabağ bölgəsində, əsasən Ağcabədi, Bərdə, Beyləqan rayonlarında bu bitkiyə rast gəlinir.

Biyan bitkisinin kökünü yığaraq toplama məntəqəsinə təhvil verənlərdən biri də Ağcabədi sakini Suğra Quliyevadır. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan torpaq sahibi deyir ki, keyfiyyətli biyan əsasən dəmyə becərilən torpaqlarda yetişir.
"Əhali öz sahəsində yetişən biyanın kökünü yığıb toplama məntəqələrinə təhvil verir. Biz dədə-babadan bu işlə məşğuluq. Təhvil verilən məhsulun hər kq-a görə təqribən 60-70 manat pul ödənir. Kəndli üçün əlavə gəlirdi. Əziyyətli bir iş deyil. Yığıb rayondakı məntəqəyə təhvil veririk. Azərbaycanda Təxminən 10 toplama məntəqəsi var. Bizə ən yaxını Ağcabədidəkidir" - deyə torpaq sahibi bildirir.

Fermerin sözlərinə görə, hər hektardan təqribən 10-15 ton məhsul yığılır.

Ağcabədidə fəaliyyət göstərən biyan toplama məntəqəsindən Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildiriblər ki, əhalidən toplanan biyan kökündən əlavə müəssisəyə məxsus 300 hektar əkin sahəsi də var. Həmin sahələrdən də tədarük olunan məhsul müəssisədə qurudulub doğrandıqdan sonra kip şəklinə salınır. 200-220 kq kiplər isə əsasən Türkiyə, İran, Çin, İsrail kimi ölkələrə ixrac olunur.

Məntəqədə il ərzində 3000-4000 ton biyan kökü tədarük olunur. Müəssisədən onu da qeyd ediblər ki, biyan kökündən əldə olunan gəlir heç də digər kənd təsərrüfatı sahələrindən az deyil. Biyan heç bir qulluq göstərilmədən, yabanı şəkildə bitən və dövlət büdcəsinə gəlir gətirən bitkilərdəndir. Biyan kökündən xaricdə əsasən dərman preparatları və ətirlərin hazırlanmasında, eləcə də qida məhsullarında istifadə olunur. Sahibkarlar bildirir ki, hazırda bölgədə yerli istehsalın olmamasına əsas səbəb lazımı avadanlıqların baha olmasıdır. Amma gələcəkdə biyan kökündən müxtəlif məhsulların hazırlanması üçün müəssisələrin fəaliyyət göstərəcəyi də istisna deyil.

Azərbaycandakı bu qiymətli bitki nə pul, nə qulluq tələb edir, amma sərvət qazandırır
Azərbaycandakı bu qiymətli bitki nə pul, nə qulluq tələb edir, amma sərvət qazandırır


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar