Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Güzəştli mənzil almaq istəyənlərə yeni xəbər: Satış başlayır – VİDEO

Tarix: 30-11-2017 12:54     Baxış: 4727 A- / A+
Güzəştli mənzil almaq istəyənlərə yeni xəbər: Satış başlayır


Yaxın 1-2 ayda Hövsan yaşayış kompleksinin tikintisinə başlanılacaq.
Manevr.az-ın məlumatına görə, Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev bildirib ki, yaşayış kompleksinin layihəsi yekunlaşmaq üzrədir. Gələn ilin əvvəlində isə inşaat işlərinə başlanılması gözlənilir. Bunun üçün paytaxtın Suraxanı rayonunda 20 hektar torpaq sahəsi ayrılıb.
Kompleksin ərazisində tibb müəssisəsi və ictimai-iaşə obyektləri də tikiləcək. Bu məqsədlə özəl investorlarla danışıqlar aparılır.
Yasamal yaşayış kompleksində də ticarət mərkəzi tikiləcək. Yaxın zamanlarda bunun üçün 6-7 milyon manat özəl investisiyanın cəlb olunması gözlənilir. Yaşayış kompleksinə marşrut xətləri də çəkiləcək.
Yasamal yaşayış kompleksindəki ilk binalar 2018-ci ilin yay aylarında istifadəyə veriləcək. Mənzillərin satışına isə yaxın vaxtlarda başlanılacaq. Artıq alqı-satqı və ipoteka müqavilələrinin forması təsdiqlənib və elektron portalın satış modulu hazırlanır. Güzəştli mənzil əldə etmək üçün 8 mindən artıq müraciət var və 7300-ə yaxın şəxsi kabinet yaradılıb. Yasamal yaşayış kompleksindən güzəştli mənzil əldə edə bilməyənlərin Hövsanda inşa ediləcək kompleksdən mənzil almaq şansı olacaq. /Xezerxeber.az/



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar