Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

ƏHALİYƏ ŞAD XƏBƏR​: bu şəxslərin pensiyaları ARTACAQ – Video

Tarix: 29-11-2017 16:59     Baxış: 61 606 A- / A+
ƏHALİYƏ ŞAD XƏBƏR​: bu şəxslərin pensiyaları ARTACAQ


Azərbaycanda hansı sahələrdə mütəxəssisə ehtiyac olduğunu virtual göstərən yeni sistem yaradılır.


Manevr.az xəzərxəbər-ə istinadən bildirir ki, növbəti 3 il ərzində yaradılacaq bu sistem dünyanın ən qabaqcıl ölkələrinin təcrübəsi əsasında qurulacaq. Bu isə həm iş, həm də işçi axtaranlar üçün ən əlverişli və müasir sistem olacaq. Növbəti 3 ildə qurulması nəzərdə tutulan Milli Observatoriya adlanan sistem ən qabaqcıl ölkələrin təcrübəsi əsasında hazırlanacaq.

Bundan başqa, gələn il sovet dönəmində əmək stajı olanların pensiyalarında artımlar da gözlənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirir ki, gələcəkdə tələb olunacaq ixtisasların proqnozunu özündə cəmləşdirəcək bu sistemlə iş axtaranların məşğulluq mərkəzlərinə getməsinə ehtiyac qalmayacaq. Bundan başqa gələcəkdə hansı ixtisaslara daha çox ehtiyac olduğunu universitetlərdə oxuyan tələbələr bir neçə il qabaqdan müəyyən edə və asanlıqla həmin sahəyə yönələ biləcəklər. Bu gənc işçi qüvvəsinin daha yaxşı hazırlığına da səbəb olacaq.

Nazir həmçinin sovet dönəmində əmək stajı olan şəxslərin stajlarına yenidən baxılması prosesinin də yeni ildən başlayacağına diqqət çəkib. Nazir onu da qeyd edib ki, əsasən 1992-ci ildən öncə əmək stajı olanların sənədlərinə baxılacaq.

Onu da qeyd edək ki, sovet dönəmində əmək stajı olanların stajları yenidən hesablana və onlara verilən pensiyaların miqdarında bu araşdırmalar nəticəsində artımlar ola bilər. Bu, həyata keçiriləcək araşdırmalardan sonra bəlli olacaq.

Bu arada əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması ilə bağlı konsepsiya sənədi və tədbirlər planının təqdimatı olub. Tədbirdə müxtəlif nazirlik və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar