Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

Problemli kreditlərin sonu necə olacaq? - Faizlər şişir, insanlar ümidsiz, banklar isə...

Tarix: 28-11-2017 15:49     Baxış: 4336 A- / A+
Problemli kreditlərin sonu necə olacaq?
Azərbaycanda problemi kredilərin həcmi artmaqda davam edir. Satatistika da bunu təsdiq edir. Belə ki, hazırda Azərbaycanda 2 milyon nəfərin 1.8 milyard problemli krediti var.

Problemli kreditlərlə bağlı məsələdə diqqət çəkən məqam bankların son dövrlər borclu vətəndaşları məhkəməyə verməməsidir. Mütəxəssislər bildirir ki, məhkəmələr bankların əleyhinə qərar qəbul etdiyi üçün borclu vətəndaşlar məhkəməyə verilmir. Belə olan halda bank və məhkəmədən heç bir bildiriş almayan vətəndaşın borcu isə artmaqda davam edir.
İqtisadçı Natiq Cəfərli metbuat.az-a açıqlamasında bildirib ki, banklar vətəndaşa kömək etmədiyi üçün çox ağır durum yaranıb. Bu səbəblə, problemli kreditlərin həcmi hər ay artır:

“Son 1 ildə məhkəmələrdə ümumi işlərin həcminin 70%-ni məhz bank-müştəri münasibətləri təşkil edir. Məhkəmələr artıq bu məsələ ilə bağlı işləri çatdıra bilmirlər. Banklar da anlayırlar ki, müraciətlərin ciddi bir təsiri olmayacaq. Çünki insanlar 2 devalvasiyadan sonra çox ciddi şəkildə ziyana düşüblər. Dollarla götürülən kreditlər avtomatik olaraq 2 dəfə artıb. Burada bütün yük elə vətəndaşın çiynindədir. Vətəndaşların ödəniş qabiliyyəti aşağı düşüb. Bəzi banklar məhz bu məqsədlə məhkəmələrə müraciət etmir. Bəziləri isə doğru yanaşma ortaya qoymur. Bank vətəndaşın indiki halını anlayırsa, vətəndaşı dəvət edib, müqavilələri dəyişdirməli, faiz hesablanmalarını dayandırmalıdır ki, imkan olan zaman vətəndaş cüzi miqdarlarla da olsa ödəniş edərək borcunun bağlanmasına çalışsın. Amma bunu da etmirlər. Vətəndaşların xəbəri olmadan faizlərin hesablanmasını davam etdirirlər. Təssüflər olsun, banklar kreditin həcmi iki, hətta üç dəfəyə qədər artdıqdan sonra vətəndaşa bildirir. Bu, doğru yanaşma deyil. Kredit yükünün vətəndaşın çiynində qalmamsı üçün müqavilələr banklar tərəfində mütləq yenilənmədlidir”.

Qeyd edək ki, millət vəkili Zahid Oruc Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı problemli kreditlərlə bağlı məsələyə toxunub:

“Bu gün 2 milyon nəfərin 1.8 milyard problemli krediti var. Ancaq təkcə Beynəlxalq Bankın 2.4 milyard dollar problemli öhdəlikləri var. Bu isə o, deməkdir ki, vətəndaşlardan daha çox dövlətə Beynəlxalq Bank zərər verib”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar