Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ləğv olunmuş bankın rəhbərinə 7 milyonluq ittiham

Tarix: 22-09-2016 09:27     Baxış: 1299 A- / A+
 Ləğv olunmuş bankın rəhbərinə 7 milyonluq ittiham


Vəkil Əziz Qənbərov: “Pərvanə Novruzova dövləti aldatmağa cəhd edir”

Manevr.az saytının musavat.com-a istinadən məlumatına görə, bu ilin yanvarında lisenziyası ləğv olunan “Gəncəbank” ASC-nin idarə heyətinin sabiq sədri Pərvanə Novruzova qanunsuzluqla 7 milyon 300 min manat mənimsəyib. Belə bir iddia ilə vəkil Əziz Qənbərov çıxış edib. Vəkil deyir ki, sabiq bankir onun müvəkkili milliyyətcə rus olan Natalya Konstantinovna Kərimovanın əmlaklarını qaytarmaq istəmir və üstəlik, həmin əmlakları girov qoymaqla dövləti də aldadır.

Vəkilin sözlərinə görə, Pərvanə Novruzova tərəfindən N.Kərimovanın əlindən zorla alınmış əmlakları ilə bağlı hazırda məhkəmə çəkişmələri davam edir. Ə.Qənbərov deyir ki, məhkəmədə çoxsaylı saxtakarlıqlar üzə çıxmaqdadır: “İş üzrə məhkəmə çəkişmələri davam etdiyi bir vaxta Pərvanə Novruzovanın yeni saxtakarlıqları üzə çıxıb. Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 87 A ünvanında yerləşən və N.Konstantinovanın əlindən Novruzovlar tərəfindən zorla alınan gözəllik salonu məhkəmə baxışı prosesində 7 milyon 300 min manat müqabilində Mərkəzi Banka girov qoyulmaqla yüklü edildiyi aydın oldu. Deməli, Pərvanə Novruzova məhkəmələrin həmin gözəllik salonunu Natalya Konstantinovnaya qaytaracağına əmindir və əmlakının məhkəmə qaydasında ondan alınacağını anlayıb. Bu halda daha bir qanunsuzluğa yol verib. Özünə aid olmayan əmlakı dövlətə girov qoyub və 7 milyon 300 min almaqla, faktiki dövləti də aldatmağa cəhd edir. Qeyd edək ki, N.Kərimovaya məxsus olan həmin gözəllik salonu, Gəncədəki 2 mənzili illər öncə əlindən alınıb, özünü isə ölkədən qovublar. Sonradan mənzillərdən biri digər şəxsin istifadəsinə verilib, gözəllik salonunun adı dəyişdirilərək ”Afrodita" adı ilə fəaliyyətini davam etdirib.

N.Kərimova əmlakının əlindən alınması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətlərində bunları yazıb: “Məni döyüb, işgəncə verib, gözümün qarşısında qızımın paltarlarını cırıb onu zorlamaq hədəsi ilə əmlaklarımı əlimdən alıblar. Pərvanə Novruzovanın əmri ilə məni döyüblər və bətnimdəki övladım ölüb. Mən bu haqda uzun illər susmuşam, qızlarıma, özümə xətər yetiriləcəyindən ehtiyat etmişəm. Azərbaycanın prezidentinə güvənib ölkəyə qayıtmışam və haqqımın bərpa olunmasını prezidentdən xahiş edirəm. Milliyyətcə rusam, Azərbaycan mənim vətənimdir. Pərvanə Novruzova mənim həyatımı alt-üst edib. Dönə-dönə xahiş edirəm ki, üzləşdiyim qanunsuzluqlar aradan qaldırılsın”.

Yada salaq ki, N.Kərimovanın vəkilləri hüquq-mühafizə orqanlarına müraciət etməklə baş verənlərlə bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanmasını, bu halların araşdırılması məqsədilə xüsusi istintaq komissiyanın yaradılmasını xahiş ediblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar