Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu sahələrdə əmək haqqı artıb - Rəsmi

Tarix: 14-11-2017 20:35     Baxış: 4438 A- / A+
Azərbaycanda bu sahələrdə əmək haqqı artıb


2017-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,526,400 min nəfər olub, onlardan 877,600 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 648,800 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən mia.az-a verilən məlumatına görə, muzdla işləyənlərin 21,6 faizi təhsil, 19,0 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2017-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 525,6 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar