Sizin Reklam Burada
Xəbər lenti
30-04-2026
29-04-2026
BÜTÜN XƏBƏRLƏR

Pensiyalarla bağlı təzə xəbər-1992-ci ilə qədər olan stajlar təzədən hesablanacaq.

Tarix: 08-11-2017 18:45     Baxış: 53 382 A- / A+
Pensiyalarla bağlı təzə xəbər-1992-ci ilə qədər olan stajlar


1992-ci ilə qədər olan stajlar təzədən hesablanacaq.
Azərbaycanda 1992-ci ilədək staja görə pensiyaların hesablanması ilə bağlı xüsusi hökumət komissiyası yaradılacaq. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.

Onun sözlərinə görə, pensiyaların 1992-ci ilə qədər olan stajlar üzrə formalaşan öhdəlikləri, o cümlədən, dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyadan olan şəxslərin pensiyalarına verilən əlavələr dövlətin öhdəlikləri hesab edilib.
“Hazırda biz Maliyyə Nazirliyi ilə birlikdə 1 milyon 330 min nəfərə yaxın pensiyaçının hər birini birlikdə araşdırırıq. Bunun üçün yaxın vaxtlarda Nazirlər Kabinetinin xüsusi qərarı ilə bir komissiya yaradılacaq. Biz nəzərdə tuturuq ki, 6 ay ərzində 1 milyon 330 min pensiyaçının hər birinə baxaq və hər bir pensiya işində 1992-ci ilə qədər olan dövrdə neçə il staj varsa, onu tapaq. Ümumilikdə, bu gün 2006-cı ilə qədər dövr üçün hər bir il staj üzrə 4 manat 16 qəpik pensiya verilir. O cümlədən bunun içərisində 1992-ci ilə qədər olan dövr var”.
Nazir deyib ki, 1992-ci ilə qədər olan dövrdə, yəni sovet dövründə sosial sığorta sistemi olmayıb. Amma hökumət həmin dövrə pensiya verməyi öz üzərinə götürdüyünə görə dövlət büdcəsinin öhdəliyi sayılır. Bu komissiya işini bitirdikdə, tam məbləğ ortaya çıxacaq.
“Qərara gəldik ki, komissiya 1 il müddətində bu məsələyə baxsın. Düşünürük ki, 6 ay içərisində bu prosesi yekunlaşdırmaq mükündür. Bundan sonra hər ilin dövlət büdcəsində dövlətin öhdəliklərinin nə qədər olduğu və nəyin hesablına formalaşmasını dəqiq yazmaq mükün olacaq”. /istipress.com/

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar