Xəbər lenti
"İqtisadi artım dünyadakı inkişafdan geri qalacaq" - Qubad İbadoğlu

Tanınmış iqtisadçı Qubad İbadoğlu ÜDM-lə bağlı fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb. İqtisadçı-alimin statusunu təqdim edirik:
"Son 2 ildə adambaşına düşən ÜDM 4000 dollardan çox azalıb.
Dövlət Statistika Komitəsinin (DSK) bu ilin ilk 8 ayına olan son məlumatlarına görə, ölkədə ÜDM 3,1 faiz, o cümlədən qeyri-neft ÜDM-i daha çox 5,8 faiz kiçilib. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, 2016-cı ildə Azərbaycanda iqtisadi eniş 2,4 faiz olacaq. BVF-nin digər proqnozuna görə, 2016-cı ildə dünya iqtisadi orta hesabla 3,1 faiz, inkişaf etmiş ölkələrin iqtisadiyyatı 1,8 faiz, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı isə 4,1 faiz böyüyəcək. Beləliklə də 2016-cı ildə Azərbaycanda iqtisadi artım dünyadaki inkişafdan geri qalacaq.
BVF-nin hesablamalarına görə, Azərbaycanda 2016-cı ildə ABŞ dolları ilə ifadə olunan nominal ÜDM 35 milyard 686 milyon dollar təşkil edəcək ki, bu da 2014-cü ilin müvafiq göstəricisindən (75 milyard 254 milyon dollardan) 2,1 dəfə və ya 39 milyard 568 milyon dollar azdır. Bu o deməkdir ki, son 2 ildə Azərbaycanda adambaşına düşən ÜDM 4 min ABŞ dollarından çox azalıb. İqtisadi qanunauyğunluğa görə, pis idarə olunan, iqtisadiyyatı korrupsiyalaşmış ölkələrdə ÜDM-in artımından kiçik bir qrup bəhrələnirsə, onun azalmasında daha çox əziyyət çəkən böyük yoxsullar ordusu olur. Eynən bizdəki kimi''.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar