Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qaz kartlarında PROBLEM - Yüklənilən pulların 50%-i yoxa çıxır

Tarix: 13-10-2017 09:11     Baxış: 5157 A- / A+
Qaz kartlarında PROBLEM - Yüklənilən pulların 50%-i yoxa çıxır


Son bir neçə gündür ki, "PayPoint" köşklərində qaz pulu üçün ödəmələrlə bağlı narazılıqlar artıb.



Manevr.az xəbər verir ki, baku.ws-yə müraciət edən sakinlər "Azəriqaz"ın smartkartına ödəniş etdiklərini və pulun sonradan kartdan silindiyini bildirirlər.

"Qazın kartına 20 manat vurmuşdum. Ancaq evə gəldim sayğaca kartı taxdıqdan sonra 10 manat balans göstərildi. "PayPoint"də yüklədiyim pulun yarısı kartdan silindi", - deyə sakin redaksiyamıza bildirib.

Eyni şikayətlə bir neçə sakin də redaksiyamıza müraciət edib. ASAN Kommunal xidmətlərində də bu vəziyyətlə üzləşənlərin sayı az deyil.

Qeyd edək ki, karta ödənilən məbləğin 50%-nin silinməsi Tarif Şurasının təbii qaz və elektrik enerjisi ödənişləri üçün tətbi etdiyi differensiallaşmış tarif ilə bağlıdır. "Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək (170 AZN) olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib".

Məsələn, siz illik ayrılan 170 manatlıq qaz limitini 3-4 ay ərzində keçdiniz. Bundan sonra yüklədiyiniz hər 10 manatın 5 manatı (50%) karta yüklənəcək.

Limiti keçən vətəndaşlar differensiallaşmış tarifə uyğun olaraq qaz sərfiyyatına əvvəlkindən daha çox ödəməli olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar