Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda kirayə evlərin qiyməti QALXDI

Tarix: 10-10-2017 16:58     Baxış: 4233 A- / A+
Bakıda kirayə evlərin qiyməti QALXDI
"Ötən ayın yekunlarına görə kirayə mənzil bazarında 4,63 faiz qiymət artımı müşahidə edilib. İlin əvvəli ilə müqayisə etsək 0,21 faiz artım olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,1 faiz artım qeydə alınıb”.

Manevr.az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında "MBA” Consaltinq şirkətinin rəhbəri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, 2015-ci il və 2016-cı ilin birinci yarısında kirayə mənzil bazarında əhəmiyyətli dərəcədə qiymət azalması müşahidə edilib. "Həmin dövrlərdə kirayə mənzil bazarında ucuzlaşma 17-18 faiz olub. 2016-cı ilin sonlarında və 2017-ci ilin əvvəllərinə qiymətlər yenidən artmağa başlayıb.

Bu insanların ödəmə qabiliyyətlərinin yaxşılaşması və pilot layihələrin həyata keçirilməsi nəticəsindədir. Pilot layihələrdə binaları tikənlər öhdəlik götürür. 2 il ərzində mənzillə təmin edilməsi və bu müddətə qədər sakinlərin kirayə mənzillərdə yerləşdirilməsi pilot layihələri həyata keçirən icraçı təşkilatların üzərinə düşür. Bütün bunlar son nəticədə qiymətlərin stabilləşməsinə gətirib çıxarır.

N.İbrahimovun sözlərinə görə, avqust-sentyabr aylarında daha çox kirayə mənzillərinə görə tələbələr müraciət edib.

"Tələbələr adətən şəhərin 2-ci zonasına, qismən də 3-cü zonasını əhatə edir. Tələbələrin kirayə tutduqları mənzillər adətən metroların və təhsil ocaqlarının yaxınlığında olur. Onlar üçün mövsümü aylar əsasən avqust ayının 3-cü həftəsi, sentyabr və oktyabr ayları sayılır. Qalan aylar isə qeyri-mövsüm ayları sayılır”.

Ekspert deyib ki, iş adamları üçün mövsümü aylar sentyabr və yaz, yay ayları sayılır.

"Həmin dövrlərdə əsasən regiondan şəhərə işləməyə gəlirlər. Qış aylarını çıxmaqla pilot layihəsini həyata keçirən şirkətlər üçün mövsümü aydır. Əsasən yanvar və fevral ayları kirayə mənzil bazarı üçün qeyri-mövsümü aylar sayılır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar