Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə dolların sürətlə bahalaşması Azərbaycana nə vəd edir? - Ekspert rəyi

Tarix: 09-10-2017 16:42     Baxış: 3258 A- / A+
Türkiyədə dolların sürətlə bahalaşması Azərbaycana nə vəd edir?


Türkiyədə 1 ABŞ dolları 3,71 lirəyə dəyişdirilir.

Türkiyə - Amerika münasibətlərinin gərginləşməsi fonunda Türkiyədə ABŞ valyutasının bahalaşmasının Azərbaycana birbaşa təsiri gözlənilmir. İqtisadçı-ekspert Vüqar Bayramlının aznews.az-a verdiyi məlumata görə, bununla belə lirənin dəyərdən düşməsi səbəbindən iAzərbaycana Türkiyədən idxal olunan malların ucuzlaşması qaçılmazdır.

"Çünki lirənin ucuzlaşması nəticədə həmin məhsulların dollarla ifadəsində qiymətlərə təsir göstərir. Bu da gətirilən məhsulların qiymətinə təsir göstərə bilər. Birbaşa təsirlər isə gözlənilmir. Güman olunur ki, iki ölkə arasında münasibətlər indiki halda Türkiyə milli valyutasına və perspektivdə Türkiyə iqtisadiyyatına yönəldilən investisiyaların həcminin azalmasına gətirib çıxara bilər."

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Türkiyə vətəndaşlarına viza verməkdən boyun qaçırması iki ölkə ərazisində gərginliyi bir qədər də artırıb. Hadisələrin fonunda bahalaşmaqda olan ABŞ dolları da türk lirəsini yenidən zərbə altında qoyub. Çünki soyuq münasibətlər birbaşa olaraq valyuta bazarına təsir göstərib və 1 ABŞ dolları qonşu Türkiyədə bir gündə 6 fazi bahalaşıb. Hal-hazırda 1 ABŞ dolları bu ölkədə 3,71 lirəyə dəyişdirilir. Dolların bahalaşmasına psixoloji təsirlər də var. Bazar işrakçılarında narahatlıq ondan ibarədir ki, münasibələrin gərginləşməsi nəticə etibarı ilə ölkənin iqtisadiyyatına da mənfi təsir göstərəcək. Çünki xarici valyutaların kursu yüksəlməkdədir. Bu da Türkiyə lirəsinin ucuzlaşmasına gətirib çıxara bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar